image-qanunla-reklam
image-fotojet-2021-12-21t081118-559

Nikita Kriçevski: “Azərbaycanın Türkiyə iqtisadiyyatından asılılığı yoxdur, Ərdoğan isə hər şeyi düzgün edir”

image-lady-day-az

 

“Lirənin ucuzlaşması Türkiyənin qonşu dövlətlərinin, ilk növbədə də xarici ticarət əməliyyatlarında əsas iqtisadi tərəfdaşlarının iqtisadiyyatına ziyan vurur. Amma Azərbaycan üçün bu heç də kritik deyil”.

Bu barədə məşhur rusiyalı publisist, iqtisad elmləri doktoru, professor Nikita Kriçevski lirənin ucuzlaşmasının başqa ölkələrə təsiri barədə şərh verərkən bildirib.

Müsahibin sözlərinə görə, Azərbaycan Türkiyəyə bütün yaxınlığına baxmayaraq, xarici ticarətdə əsas tərəfdaşı sayıla bilməz.

“Amma Türkiyə iqtisadiyyatından ciddi asılılıq olsaydı belə, milli valyutanın – manatın məzənnəsini bir az da zəiflətmək kifayət edərdi”, – deyə professor izah edib.

O, hazırda buna ehtiyac olmadığını vurğulayıb:

“Azərbaycan bir çox dövlətlərlə ticarət edir. Türkiyə mühüm tərəfdaşdır, lakin Azərbaycan Türkiyə iqtisadiyyatından asılı deyil. Buna görə narahat olmağa dəyməz. Bundan əlavə, enerji daşıyıcıları, məsələn, neft – dünya bazarında satılır. O alınıb və alınmağa da davam ediləcək. Neftin qiyməti lirə və ya manata deyil, dollara bağlıdır”.

Professor indiki halda Türkiyənin təcrübəsini öyrənməyin vacibliyini bildirib:

“Özü də söhbət indiki vəziyyətdən deyil, daha əvvəl, 8-10 il əvvəl baş verənlərdən gedir. Türkiyənin maliyyə sistemi niyə indi belə vəziyyətə gəlib və Azərbaycanda oxşar vəziyyətin qarşısını almaq üçün nə etmək lazımdır?”

Ekspert hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəni böhrandan çıxarmaq üçün vacib işlər gördüyünü, nəticənin isə bir ildən, bəlkə də il yarımdan sonra görüləcəyini deyib.

“Onun Türkiyəni böhrandan çıxaracağına şübhəm yoxdur. Rəcəb Tayyib Ərdoğan güclü liderdir, tamamilə düzgün addımlar atır və bunu dünya praktikası da təsdiqləyir”, – deyə Nikita Kriçevski sözlərini yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki