image-qanunla-reklam
image-pashinyan-sagol

Nikol Azərbaycan sərhədinə gəldi

image-lady-day-az

Bu gün Ermənistanın Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan yüzlərlə polisin müşayiəti ilə Azərbaycanla həmsərhəd Tavuş vilayətinə, doğulduğu İcevan şəhərinə gəlib.

Qanunla.Az  xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Paşinyanı müşayiət edən avtomobil karvanı Göyçə şossesi ilə saatda 150 kilometrdən az olmayan sürətlə hərəkət edib.

Paşinyan və ailə üzvlərinin məqsədi Tavuş vilayətində Vardavar adlı erməni dini bayramını qeyd etməkdir. Həmin bayram iyulun 25-nə təsadüf edir.

Paşinyan və ailəsini onun uşaqlıq dostu, polis rəisi Vaqe Kazaryan müşayiət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki