image-qanunla-reklam
image-ilham-esas

Nikol Qərbi Zəngəzurdan qovuldu, Əliyev isə… – Şərh

image-lady-day-az

Prezident İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti altında işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir. Qısa zamanda işğaldan azad edilən ərazilərdə yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastrukturun sürətlə bərpa edilməsi bunu bir daha sübut edir.

Bu sözləri Qanunla.Az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Prezidentin ailə üzvləri ilə Cəbrayıl və Zəngilan rayonlarına səfəri işğaldan sonra bu ərazilərdə aparılan bərpa prosesinin hazırkı vəziyyətini gözlər önünə sərir:

“İşğaldan azad edilən ərazilərin bərpa edilməsi mahiyyət etibarilə sadə mövzu deyil. Məsələ ondadır ki, 27 illik işğalın ardınca belə bir işin başladılması ciddi iqtisadi potensial tələb edir. Qısa zaman ərzində bu qədər işin görülməsi ölkəmizin mövcud iqtisadi potensialının göstəricisidir.

Ölkə başçısının hər dəfə işğaldan azad edilən ərazilərə səfəri zamanı təməlqoyma mərasimləri keçirməsi, bunu həm Azərbaycan ictimaiyyətinə, həm də xarici mediaya nümayiş etdirməsi görülən işlərin psixoloji tərəfindən də xəbər verir”.

Politoloq qeyd edib ki, Prezidentin Zəngilan rayonunun Mincivan qəsəbəsinə səfər etməsi Nikol Paşinyana verilən ciddi bir mesajdır:

“Bildiyiniz kimi, Prezidentin “Zəngəzura qayıdacağıq” açıqlamasından sonra Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzura səfər etdi. Bu da azmış kimi, müharibədən sonra ilk dəfə dövlət sərhədinin Zəngilan istiqamətində atəşkəsin pozulması halı qeydə alındı. Bütün bu hadisələrin fonunda Prezidentin ailə üzvləri ilə birlikdə Zəngilan rayonunun Mincivan qəsəbəsinə gəlməsi Paşinyana verilən ciddi mesajdır. Onu da deyim ki, Mincivan qəsəbəsi təkcə Zəngilan rayonu üçün deyil, bütövlükdə tarixi Zəngəzur vilayətinin şah damarıdır. Bu qəsəbə ölkə başçısının şəxsi təşəbbüsü ilə ərsəyə gələn Zəngəzur dəhlizinin əsas məntəqələrindəndir.

Prezidentin Mincivan qəsəbəsinə gəlib “burada Mincivan dəmir yolu vağzalı olub” deməsi də təsadüfi deyil. Yəni burda Mincivan dəmir yolu vağzalı yenə də olacaq. Mincivan dəmir yolu vağzalı gələcəkdə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvanın Azərbaycana birləşməsində müstəsna xidməti olacaq.

İki lider qısa zaman fərqi ilə şərqi və qərbi Zəngəzura səfər etdi. Nikol Paşinyan öz xalqı tərəfindən Zəngəzurdan qovuldu, Prezident İlham Əliyev isə Şərqi Zəngəzura xalqının Böyük Qayıdışı üçün zəruri tədbirlərin həyata keçirilməsi üçün verdiyi göstərişlərin icrasına nəzarəti həyata keçirdi”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki