Goranboyda baş verən qəza nəticəsində ölənin şəxsiyyəti məlum olub.
Qanunla.Az-ın məlumatına görə, minik maşının aşması nəticəsində Yevlax rayon sakini 1938-ci il təvəllüdlü Elyasova Nuridə Cəbi qızı hadisə yerində ölüb. 1950-ci il təvəllüdlü Mustafayeva Səyali Cəbi qızı və daha 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.
Qeyd edək ki, qəzaya düşənlər Zeyvə kəndində nişan mərasimdən qayıdırlarmış.
Onların hamsı Yevlax rayon sakinləridir.