image-qanunla-reklam
image-raket_rus

Niyə Rusiya “Oreşnik”lə Kiyevi yox, Dnepri vurdu?

image-lady-day-az

Rusiya yeni qitələrarası ballistik raketinin paytaxtın hava hücumundan müdafiə sistemləri tərəfindən vurula biləcəyindən ehtiyat etdiyi üçün Kiyevə deyil, Dneprə zərbə endirib.

Qanunla.Az xəbər verir ki, bunu Ukrayna Qlobal Araşdırmalar Mərkəzinin təhlükəsizlik proqramları üzrə direktoru Pavel Lakiyçuk deyib.

“Mən demək olar əminəm ki, zərbə Kiyevə yönəlməyib, çünki Kiyev ətrafında daha çox SAMP-T və “Patriot” sistemləri cəmləşdirilib”, – o bildirib.

Analitik vurğulayıb ki, “Oreşnik” kimi raketləri vurmaq çox çətindir, lakin mümkündür.

Qeyd edək ki, Rusiya noyabrın 21-də Dneprə “Oreşnik” ortamənzilli hipersəs ballistik raketi ilə zərbə endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki