image-qanunla-reklam
image-nizami_gencevinin_meqberesi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın tanınmış siyasi xadimlərini, liderlərini bir araya toplayan qurumdur

image-lady-day-az

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın tanınmış siyasi xadimlərini, liderlərini bir araya toplayan qurumdur.

Paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlər, o cümlədən dövlət başçısının müxtəlif kürsülərdən Azərbaycanı layiqincə təmsil etməsi ölkəmizin nüfuzunun artmasına, eləcə də daha çox tanınmasına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycan dünyanın ən nüfuzlu beynəxalq qurumlarından biri olan Qoşulmama Hərəkatının (QH) sədridir. Prezidentimizin məqsədyönlü siyasəti nəticəsində ölkəmiz həm də dünyanın mədəniyyətlərasası dialoq mərkəzlərindən birinə çevrilib. Bu sayədə, çoxəsrlik tolerantlıq ənənələri olan Azərbaycan dünyada sivilizasiyalararası münasibətlərin tənzimlənməsində nümunə təşkil edir. Əlbəttə, bu istiqamətdə həyata keçirilən tədbirlər planetimizin təhlükəsizliyi və sülhün bütün dünyada bərqərar olmasına hesablanan layihələrdir. Bu mənada İslam və Qərb dövlətləri, eləcə də, dünyada yaşayan müxtəlif xalqlar və mədəniyyətlər arasında insani bağların bərpa edilməsi, əməkdaşlıq qurulması məqsədilə Prezident İlham Əliyev mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüslərini irəli sürmüşdür. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı seçilmiş, bu hadisədən sonra paytaxtımızda İslam və Avropa ölkələri mədəniyyət nazirlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir. Əlbəttə, bu, “Bakı prosesi”nin inkişafına töhfə olmuşdur. 2011-ci ildən etibarən Bakıda hər iki ildən bir UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası və ICESCO-nun tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları keçirilir. Həmçinin Azərbaycan və Rusiya dövlət başçılarının himayəsi ilə Bakı Beynəlxalq Humanitar forumları təşkil olunur. Bundan əlavə, 2016-cı ilin aprelində Azərbaycan paytaxtı BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi etmişdir. Qeyd olunduğu kimi, Azərbaycan dünyada baş verən qlobal problem və çağırışlar zamanı söz sahibi olan ölkələrdəndir. Belə məsələlərdən biri də, şübhəsiz ki, pandemiyadır. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2021-ci ilin noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu fəaliyyətə başlayıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın tanınmış siyasi xadimlərini, liderlərini bir araya toplayan qurumdur. Bu, bizim üçün böyük əhəmiyyət kəsb edən məsələlərdə, eləcə də regionda gedən proseslərin həllində həmin şəxslərin Azərbaycanın yanında yer alması deməkdir. Beləliklə, Nizami Gəncəvi Beynəlxalq Forumu bu istiqamətdə ölkəmiz üçün vacib platformadır. Prezident İlham Əliyev də Nizami Gəncəvi Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirir: “Mən pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik etmək istəyirəm. Bu mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir.

Səbuhi Kərimov-YAP Zərdab rayon təşkilatının aparat rəhbəri

 

Pandemiya şəraitində bu cür yüksək səviyyəli tədbirlərin təşkili böyük məsuliyyət və diqqət tələb edir.

Azərbaycanda keçirilən hər bir forum ölkəmizin dünyaya təqdimatı üçün çox böyük əhəmiyyəti var. Artıq uzun illərdir ki, ölkəmiz müxtəlif sahələrdə forumlar keçirir. Dünyanın gözü yenə də Azərbaycandadır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzdə  “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu öz işinə başladı. Nizami  Gəncəvi Beynəlxalq Mərkəzində  bu forumun yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan şairi N.Gəncəvinin adını daşıyan bu mərkəzin fəaliyyəti müasir Azərbaycanın gündəlik həyatını, tarixini, gələcək perspektivlərini dünyaya təqdim etmək baxımından fəal platformadır. Ölkə başçımız tərəfindən Nizami Gəncəvi ili elan edən bu ildə belə bir forumun həyata keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Bakı belə böyük 7 forumu həyata keçirməklə özünü təsdiq etdi. Bu forumda müxtəlif siyasətçilərin təşrif buyuraraq dünyanı maraqlandıran ən mühüm məsələlərin müzakirəsində iştirak etmələri, məhz Bakıdan-Azərbaycanın paytaxtdan dünyaya birbaşa mesajların ünvanlanmasına imkan taparaq bundan yararlandılar. Eyni zamanda Azərbaycan da bu platformaya ev sahibliyi etməklə bir daha Azərbaycanın mutlikultural dəyərlərə sədaqətli olduğunu göstərir. Həmişə olduğu kimi bu tədbirə yenə də dünyanın aparıcı simaları, ictimai-siyasi xadimləri toplaşdılar. Və əlbəttə ki, hamı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirdi. Çünki məhz bu forumda Azərbaycan lideri həmişə dünyanın gündəliyində olan ən ümdə məsələlərə öz fikrini bildirir və mühüm, aktual mesajlarını ötürürdü. Bu dəfəki forumda da belə oldu.
Pandemiya şəraitində bu cür yüksək səviyyəli tədbirlərin təşkili böyük məsuliyyət və diqqət tələb edir. Amma Azərbaycanın nüfuzu,40-dan artıq ölkənin dövlət və hökümət nümayəndələri, keçmiş  prezidentləri, baş nazirləri və digər siyasiləri Bakıya topladı. Şübhəsiz forumda bütün dünyanı və Azərbaycanı narahat edən koronovirus pandemiyası və bunun dünyada törətdiyi fəsadlar, pandemiyadan daha az itki ilə çıxması, bu sahədə dünyada həmrəylik prinsipinin formalaşması və yeni tövhələrin verilməsi bu forumda müzakirə olunmuşdur. Forum çərçivəsində çıxış edən cənab Prezidentimiz koronovirusla mübarizədə Azərbaycan tərəfindən atılan addımları da qeyd edərək bildirmişdir ki, bu gün 18 yaşdan yuxarı əhalimizin 60 faizi Covid-ə qarşı peyvənd olunubdur. Covid-lə mübarizədə 13 xəstəxananın tikilməsi, əlavə çarpayı fondunun, ən vacib məqamlardan biri olan qoruyucu vasitələr istehsal edən müəssisələrin  yaradılması, süni tənəffüs aparatlarının və müasir texnoloji tibbi avadanlıqların alınması, qısa zaman ərzində həkimlərimizin, səhiyyənin səfərbər olunması cənab Prezidentimizin və Birinci vitse-prezidentimizin mənəvi tərəfdən də xalqın yanında olması Azərbaycanı bu bəladan az itki ilə çıxardı. Cənub qonşumuzda ilk yoluxma faktı qeydə alınan anda ölkəmizdə də Operativ Qərargahın yaradılması, Koronovirusa qarşı mübarizə fondunun yaradılması və bu fonda ilk yardımların da Prezidentimiz və Birinci vitse-prezidentimzin əməkhaqqlarından olunması və atılan digər addımların ardıcıllıqla davam etməsinin nəticəsini qeyd etdi.   Həmçinin ölkə başçımız çıxışında qeyd etdi ki, bu gün qısa müddət ərzində bizim məhdudiyyətimiz yalnız qapalı yerlərdə bu maskadan istifadə etməkdir. Dünyada vaksin milliyətçiliyinin tüğyan etdiyi vaxtda Azərbaycan xalqının vaksin seçimi imkanları da genişdir. Bu da, dövlətin gücüdür, iqtisadiyyatıdır, qüdrətidir. Amma hələ də dünya ölkələrinin bir çoxları də əhalisini 10 faizini vaksin edə edə bilməyiblər.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılmışdır.

Ölkəmizdə Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi kompleks tədbirlər hesabına COVID-19-la mübarizədə uğurlu nəticələr əldə edilmişdir. Fərəhləndirici haldır ki, öz fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında quran Azərbaycan dövlətinə görülən işlərə görə elə pandemiyanın ilk günlərindən yüksək qiymət verilmişdir. ÜST Azərbaycanda fəal iş aparmaqla yanaşı, həm də beynəlxalq səviyyədə Azərbaycanının təşəbbüslərini dəstəkləyir. Təsadüfi deyil ki, ÜST Azərbaycanın təşəbbüskarı olduğu zirvə görüşlərində iştirak edir və bu görüşlərdə ölkəmizin fəaliyyətinə yüksək dəyər verir.
Qeyd etməliyik ki, pandemiya başlayandan bu günədək Prezident İlham Əliyevin virusa qarşı mübarizə tədbirlərinə şəxsən nəzarəti, vətəndaşların sağlamlığına diqqəti və qayğısı bütün ölkələr üçün nümunədir. Səhiyyəsi yüksək inkişaf edən Avropa ölkələrinə nisbətən bizdə indiyədək yoluxma və ölüm sayının az olmasının əsas səbəbi, məhz, dövlət tərəfindən gərəkən tədbirlərin vaxtında həyata keçirilməsidir. Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıralarda dayanır.
Umumilikdə, COVID-19-un pandemiya elan edilməsindən ötən müddət ərzində Azərbaycan dövləti tərəfindən vəziyyət ciddi nəzarətə götürülmüş, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparılmış, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirilmişdir. Qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmış, ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılmışdır. Bax, bu təhlükəli bəlaya son dərəcə ciddi yanaşılmasının, xəstəliklə mübarizə tədbirlərinin geniş miqyasda aparılmasının nəticəsidir ki, Azərbaycanda hazırda qapanmaya getməyə ehtiyac duyulmamışdır.
Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılmışdır. Hazırda Azərbaycanın yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı göstəricilər nümayiş etdirən ölkələr sırasında olması bunları təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır.
Azərbaycanda bu xəstəliyin baş qaldırdığı ilk vaxtdan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atılmışdır. Respublikada cari ilin yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndlənməyə başlanılmışdır. İndiyədək yaşı 18-dən yuxarı olan əhalinin artıq 60 faizindən çoxu iki dozanı almışdır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycan işğaldan azad edilmiş torpaqlarını Cənubi Qafqazın ən inkişaf etmiş regionuna çevirməyə çalışır və bu, yalnız Azərbaycanın inkişafı üçün deyil, qonşu ölkələrin də iqtisadi tərəqqisinə imkanlar yaradacaq.

Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu. 44 günlük müharibədə Ordumuz düşməni diz çökdürdü, onun hərbi birləşmələrini və canlı qüvvəsini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu şanlı qələbə dövlətimizin gücünü, qüdrətini, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti Böyük Qayıdış proqramına başlayıb və bir sıra ölkələr işğaldan azad olmuş ərazilərin bərpasına xüsusi maraq göstərirlər.
Laçın rayonunun işğaldan azad olunan Güləbird kəndində Azərbaycan bayrağını qaldıran və çıxış edən dövlətimizin başçısı vurğulayıb: “Mən demişəm, biz bu bölgəni – Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”.
İşğaldan azad edilən ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına da start verilib. Məlumat üçün bildirək ki, bəhs olunan qoruq 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub. Bəhs olunan səfər çərçivəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Əliyeva Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gələrək burada çinar ağacları əkiblər. Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Bəsitçaya balıq buraxıblar.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında şəhər və kəndləri də salınır. Bu layihə ərazilərin potensialından səmərəli istifadəyə, sabit iqtisadi inkişafı və texnoloji innovasiyalar vasitəsilə dövlət xidmətlərini təmin etməyə imkan verəcək.
Azərbaycan işğaldan azad edilmiş torpaqlarını Cənubi Qafqazın ən inkişaf etmiş regionuna çevirməyə çalışır və bu, yalnız Azərbaycanın inkişafı üçün deyil, qonşu ölkələrin də iqtisadi tərəqqisinə imkanlar yaradacaq.
Prezident İlham Əliyevin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni faşistləri tərəfindən, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaq. Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra onların dayanıqlı məskunlaşmasını təmin etmək, bu əraziləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün artıq genişmiqyaslı işlərə başlanılıb. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s. məqsədilə azad olunmuş ərazilərin bərpası proqramına 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

 

Azad edilmiş ərazilərdə fəal şəkildə bərpa işləri aparılır
Vətən müharibəsində apardığı haqq işi uğrunda mübarizə nəticəsində xalqımız tarixi bir qələbəyə imza atdı. Mənfur qonşularımz tərəfindən 30 ilə yaxın işğal altında qalan dədə-baba torpaqlarımız düşmən tapdağından azad olundu. Kəndlərimiz, qəsəbələrimiz, şəhərlərimiz yadelli əsarətindən qurtularaq öz əzəli sahiblərinə qovuşdu.
İşğal müddətində düşmən tərəfindən bu torpaqlardakı bütün infrastruktur dağıdılmış, bütün şəhərlərimiz demək olar ki, yerlə yeksan edilmiş, maddi-mədəni abidələrimiz təhqir olunmuş, milli-mənəvi dəyərlərimizin göstəricisi olan tikintilər xarabazarlığa çevrilmişdir. Bütün bunlar bir daha düşmənin necə vandal, vəhşi bir xalq olduğunun göstəricisidir.
Lakin dövlət başçısının xüsusi tapşırıq və sərəncamlarına əsasən işğaldan azad olunmuş bütün torpaqlarımızda geniş miqyaslı quruculuq, abadlıq işlərinə start verilmişdir. Artıq bu istiqamətdə xeyli işlər görülmüşdür. Ali Baş Komandanın rəhbərliyi ilə vətəndaşların öz doğma yurd-yuvalarına qayıtması üçün müəyyən edilmiş Dövlət proqramı uğurla həyata keçirlir.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini

 

 

AZƏRBAYCAN PANDEMİYA İLƏ MÜBARİZƏDƏ BÖYÜK UĞURLARA İMZA ATIB

Azərbaycan özünün milli maraqlar üzərində qurulan siyasətini daim qlobal miqyasda meydana çıxan aktual çağırışlarla əlaqələndirir. Bu baxımdan, ölkəmizin, şəxsən Prezident İlham Əliyevin qlobal pandemiya şəraitində irəli sürdüyü bir sıra təşəbbüslər də təqdirəlayiqdir. Əlamətdar haldır ki, Azərbaycanın qlobal pandemiya şəraitində beynəlxalq həmrəyliyin gücləndirilməsini hədəfləyən təşəbbüsləri bütün dünyada böyük rəğbətlə qarşılanıb. Azərbaycan COVID-19-a qarşı milli səviyyədə ciddi mübarizə apardığı kimi, qlobal həmrəyliyin güclənməsinə də öz töhfələrini verdi. Ən əsas odur ki, müstəqil Azərbaycan uzun illərdən sonra öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları öz torpaqlarından qovdu.
Pandemiyanın ilk vaxtlarından aktiv şəkildə pandemiya ilə ümumbəşəri mübarizəyə qoşulan Azərbaycan dövləti həm daxili, həm regional, həm də beynəlxalq səviyyədə çox böyük uğurlara imza atıb. ÜST Azərbaycana verdiyi qiymətlə ölkəmizi bu dəfə də region dövlətlərindən fərqləndirib və üstünlüyünü qeyd edib.
Azərbaycanda vaksinasiya prosesi ilə yanaşı, vaksinasiya sahəsində təbliğat və təşviqat işi də yüksək səviyyədə qurulub. Azərbaycanda vaksinasiya prosesi yüksək templə gedir və əhalinin vaksinləşməyə könüllü qoşulması bir reallıqdır. Azərbaycanda yanvar ayının ortalarından sonra vaksinasiya işinə başlanıldı və ilk gündən prosesə kütləvi qoşulma hallarının şahidi olduq. Bu gün Gürcüstanda və Ermənistanda əhalinin peyvəndlənməsi bizdəki kimi yüksək templə getmir, Ermənistanda peyvəndlənmə prosesində aktivlik yoxdur, Gürcüstanda isə bizdəki kimi kütləvi deyil. ÜST-ün münasibəti də birmənalı olaraq göstərdi ki, Azərbaycan vaksinasiya məsələsində də Cənubi Qafqazda lider ölkədir. Dövlət əhalinin vaksinləşməsi üçün kifayət qədər vəsait ayırıb və bu vaksinlər alınaraq ölkəmizə gətirilir. Bir məqamı da qeyd edim ki, Azərbaycan heç bir vaxt vaksin ayrıseçkiliyinə yol vermir. Ölkəmiz yüksək keyfiyyətli vaksin istehsal edən ölkələrlə, şirkətlərlə əməkdaşlıq edir, dünyada ən yüksək dərəcədə qəbul edilən vaksinlər ölkəmizdə tətbiq edilir. ÜST tərəfindən Azərbaycanın həyata keçirdiyi vaksinasiya prosesinin təqdir edilməsi müsbət hadisədir və hesab edirəm ki, bu, ölkəmizin böyük uğurlarından biridir.
VIII Qlobal Bakı Forumunun keçirilməsi qürurverici reallıqların dünya ictimaiyyətinə çatdırılmasında xüsusi əhəmiyyət kəsb edir. Forumun beynəlxalq əhəmiyyətini bir daha vurğulamaq üçün burada müzakirə edilən məsələləri bir daha nəzərdən keçirək. Dünyanın ən aktual problemi olan COVİD-19 pandemiyası ilə mübarizə, beynəlxalq humanitar yardım, enerji təhlükəsizliyi, regional sülh və əməkdaşlıq məsələləri və neçə-neçə beynəlxalq miqyasda həllini gözləyən və müzakirə obyekti olan məsələlər beynəlxalq forumun gündəliyində öz əksini tapır. .
Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb . Bu vaxta qədər yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxu iki dozanı alıb. Nisbətən qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmışdır;
Əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün ciddi tədbirlər görülmüşdür. Azərbaycan hökuməti işini itirmiş, qapanmalardan əziyyət çəkmiş insanlar üçün 2020-ci və 2021-ci illərdə sosial-iqtisadi yardım paketini ayırmışdır və paketin ümumi dəyəri 2,9 milyard ABŞ dolları idi. Bu vəsait dövlət büdcəsindən maliyyələşmişdir. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir.
Azərbaycan keçən ilə qədər otuz il idi ki, ərazilərimizin işğalına, bizə qarşı olan təcavüzə, insanlarımıza qarşı soyqırımına və bu proseslərə qlobal səviyyədə etinasızlığa qarşı amansız mübarizə aparırdı.
Bizim dövlət və xalq olaraq bu mübarizəmizi aparmaqda əsas məqsədimiz bütün məhdudiyyətlərə baxmayaraq, regionda süni şəkildə yaradılmış keçmiş münaqişə ilə bağlı həqiqətləri işıqlandırmaq idi. Bu reallıqları beynəlxalq ictimaiyyətə çatdırmaq üçün dünyada güc və söz sahibi olan beynəlxalq təşkilatlarla və dövlətlərlə güclü əlaqələrin yaradılması istiqamətində yürüdülən düzgün xarici siyasətin və uğurlu diplomatiyanın ən vacib komponentlərindən biri də belə mötəbər forumların və digər tədbirlərin keçirilməsidir.

Könül Rəhimova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

MÜNAQİŞƏNİ AZƏRBAYCAN ÖZ GÜCÜ İLƏ HƏLL EDİB

Dağlıq Qarabağ münaqişəsi artıq öz həllini tapıb. Azərbaycan bu münaqişəni öz gücü ilə həll etdi, işğal altında ola torpaqlarını azad etdi. İndi hansısa dairələrin Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, deməsi qəbuledilməzdir və regionda təhlükəsizliyə təhdiddir, xüsusilə də Ermənistan üçün yaxşı heç nə vəd etmir.
Münaqişənin həlli ilə bağlı üçtərəfli 10 noyabr sənədi imzalanıb və həmin sənəddə bütün məsələlər öz əksini tapıb: “Həmin sənəd Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi qələbənin nəticəsində imzalandı. Azərbaycan ordusunun döyüş meydanında şanlı qələbəsi Ermənistanı bu sənədi imzalamağa və işğal altında olan digər rayonlarımızı da boşlatmağa məcbur etdi.
Azərbaycan özü münaqişəni həll etdi. Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr uzun illər ərzində də kağız üzərində qalacaqdı.
30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirir. Gələcək naminə tərəflərin regionun təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olmasını təmin edilməlidir. Hər şey Ermənistanın mövqeyindən asılı olacaq, çünki Azərbaycanın mövqeyi tam aydındır. Azərbaycan sülh danışıqlarına başlamağa, sülh razılaşması üzərində çalışmağa, səhifəni çevirməyə və sərhədlərin delimitasiyasına hazırdır.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirmişdir. Hazırda regionda tamamilə yeni vəziyyət mövcuddur. Azərbaycan 30 ilə yaxın davam edən münaqişəni həll etdi, buna güc yolu və siyasi vasitələrlə nail oldu. Mən həmsədr dövlətlərin başçılarından olan Prezident Putinin dedikləri ilə razılaşıram ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub”, – deyə Prezident İlham Əliyev bildirib.

Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi

 

 

AZƏRBAYCAN QLOBAL TƏŞƏBBÜSLƏR ÖLKƏSİDİR

Qlobal Bakı Forumu  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 4-6 noyabr tarixlərində isə sayca səkkizinci forum baş tutub. Qlobal Bakı Forumu artıq dünyada yüksək nüfuzu olan beynəlxalq təsisatlardan birinə çevrilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edərək Forum iştirakçılarını salamlayıb və bildirib ki, Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib.
VIII Qlobal Bakı Forumunun açılışı zamanı geniş və əhatəli çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinin COVİD-19 pandemiyası dövründə irəli sürdüyü beynəlxalq təşəbbüslərə diqqət çəkmiş, eyni zamanda Azərbaycanın 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərməsini qeyd etmişdir. Bəzi ölkələrin artıq peyvəndin üçüncü dozasının tətbiqini planlaşdırdğını qeyd edən cənab Prezident İlham Əliyev digər ölkələrdə isə vaksinasiyanın səviyyəsinin aşağı olmasını bildirmişdir. Ümumiyyətlə, Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyi” və vaksinlərin ədalətsiz bölgüsü haqqında danışan ölkədir. Bunula əlaqədar olaraq ölkəmiz BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə də çıxış etmişdir. Azərbaycanın təşəbbüsü ilə COVID-19-un müalicəsi ilə bağlı məlumat bazası yaradılıb və Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrdə həmin məlumat bazasından istifadə edir. Bu isə öz növbəsində Ümumdünya Səhiyyə Təşkilatına  öz dəstəyini düzgün planlaşdırmağa və proqnozlaşdırmağa kömək edir. Azərbaycan təmənnasız olaraq bir neçə ölkəni peyvənd dozaları ilə təmin edib.
Ölkəmiz pandemiya ilə mübarizə çərçivəsində ölkə miqyasında da böyük uğurlara imza atıb. Bu istiqamətdə görülən işlər Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, Azərbaycanın təcrübəsi başqa ölkələr üçün nümunə olaraq göstərilib. VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışında Azərbaycanın ölkədə pandemiya ilə mübarizə tədbirlərinə toxunan cənab Prezident İlham Əliyev  Azərbaycanın regionda peyvəndələməyə başlayan ilk ölkə olduğunu qeyd edərək hazırda  yaşı 18-dən yuxarı olan əhalinin 60 faizindən çoxunun iki dozanı aldığnı bildirmişdir. Cənab Prezidentin də bildirdiyi kimi əhalimiz vaksinasiya məsələsinə çox məsuliyyətlə yanaşır. Azərbaycan xalqı peyvəndləmənin vacibliyini anlayır və bu işləri xeyli asanlaşdırır.
Qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açıldığını vurğulayan cənab Prezident İlham Əliyev  əvvəllər tətbiq olunan qapanmaların yükünü azaltmaq üçün dövlət tərəfindən ciddi tədbirlərin görülməsindən bəhs etmişdir.
Cənab Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışı zamanı çıxışında Azərbaycanın COVİD-19 pandemiyası  dövründə həm ölkə daxili, həm də qlobal miqyasda fəal addım atdığını bildirərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının hazırkı sədri olaraq ötən il Azərbaycanda hər iki təşkilatın COVİD-19-a həsr olunmuş xüsusi Zirvə görüşü keçirilməsi haqqında da məlumat verdi. Azərbaycan beynəlxalq aləmdə qlobal problemlərin birgə həllində maraqlı olan ölkədir, həmçinin bu istiqamətdə tərəfdaşlıqlara da hazırdır. Çıxışı zamanı Cənub Qaz Dəhlizi layihəsinə diqqət çəkən cənab Prezident İlham Əliyev bu layihənin Azərbaycan, qonşu ölkələr, həmçinin Avropa üçün tarixi nailiyyət  və Avropanın enerji təhlükəsizliyində mühüm meyar olduğunu Forum iştirakçılarının diqqətinə çatdırdı.
Hər bir beynəlxalq tədbirdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdıran cənab Prezident İlham Əliyev VIII Qlobal Bakı Forumunda da Ermənistanın ölkəmizə qarşı yaratdığı 30 illik münaqişəni öz gücü ilə həll etməsi haqqında əhatəli çıxış etdi. Ermənistanın sabiq müdafiə naziri açıq şəkildə bəyan edirdi ki, Ermənistan “yeni ərazilər uğrunda yeni müharibə”yə hazırlaşır. Ümumiyyətlə, rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürüdüb. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın sabiq müdafiə nazirinin bu bəyanatlarına da səssiz qaldılar, bunu pisləmədilər və bunun qəbuledilməz olması ilə bağlı  mesaj belə vermədilər. Əvvəlki illərdə Ermənistan hakimiyyəti ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin işğal edilmiş ərazilərin boşaldılması yolu ilə həllinə nail olmaq istiqamətində işləmək görüntüsü yaradırdısa, son bir neçə ildə Ermənistan rəhbərliyi işğal olunmuş torpaqların bir qarışını belə qaytarmayacağını artıq açıq şəkildə bəyan edirdi.

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

 

Rəsmi İrəvan bütün dövrlərdə işğalçı siyasət yürüdüb

Azərbaycan bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyir. Sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulmaq qərarına gəldi. Beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqi dünyada münaqişələrin ədalətli həllinə mənfi təsir göstərir. Azərbaycan belə selektiv yanaşmaya məruz qalıb.
Beynəlxalq münasibətlərdə tüğyan edən ikili standartlardan istifadə edən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq təqribən 30 il ərzində Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaya bildi. Həm öz ərazisində, həm də işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdi. 1992-ci ilin fevralında Xocalı soyqırımını törədərək yüzlərlə mülki şəxsi, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirdi. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq hüququ da daxil olmaqla, əsas insan hüquqlarını pozdu. Hərbi təcavüzə və 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasından imtina etməsinə baxmayaraq, Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Təcavüzkar dövlətlə işğala məruz qalan dövlət arasında fərq qoyulmadı. Bu, beynəlxalq riyakarlıqdan irəli gəlirdi.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

 

Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında peyvəndlərin ədalətli bölgüsünə dair təşəbbüs ilə çıxış etmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Səviyyəli Toplantılarda çıxışı ölkəmizin beynəlxalq aləmdə mövqelərinin daha da güclənməsində təsirini göstərəcək. Eyni zamanda cənab Prezidentin çıxışlarında qaldırılan məsələlər Azərbaycanın dünyada sülh və ədalətin təntənəsi üçün çaba göstərən dövlət olduğu barədə beynəlxalq ictimai rəy yaradacaq.
Dünya 2020-ci ilin əvvəlində COVİD-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan bu sahəyə məsuliyyətlə yanaşmış və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərmişdir.
Azərbaycan dünyada humanitar missiyası ilə də seçilən ölkədir və dünyaya nümunədir: “Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi etmişdir ki, onun yarısı Qoşulmama Hərəkatının üzvlərinə birbaşa yardım idi. Bununla yanaşı, koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün Azərbaycan Qoşulmama Hərəkatının üzvləri daxil olmaqla, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərmişdir. Azərbaycan təmənnasız olaraq dörd ölkəyə 150 min doza peyvənd ianə edib. Azərbaycan ”peyvənd millətçiliyi”nə və peyvəndlərin zəngin ölkələr tərəfindən öz ehtiyaclarından daha artıq miqdarda alınmasına qarşı narazılığını açıq şəkildə ifadə edir. Belə hərəkətlər iqtisadi durumu zəif olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum edir. Peyvəndlərə çıxış sahəsində fərq çox böyükdür. Beynəlxalq hesabatlara əsasən, dünyada mövcud olan peyvənd dozalarının 75 faizi 10 zəngin ölkə tərəfindən alındığı halda, aşağı gəlirli ölkələrdə peyvəndlənmə 2 faizdən azdır. Azərbaycan Prezidenti bu problemi bir neçə dəfə yüksək tribunalardan qaldırıb. Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib.

Sevinc İmanova – Zərdab rayon GEM-in direktoru

 

 

Qlobal Bakı Forumu qlobal siyasətə aid təxirəsalınmaz və vacib məsələlərin müzakirəsi baxımından aparıcı platformalardan birinə çevrilib

Azərbaycanda keçirilən hər bir forum ölkəmizin dünyaya təqdimatı üçün çox böyük əhəmiyyəti var. Artıq uzun illərdir ki, ölkəmiz müxtəlif sahələrdə forumlar keçirir. Dünyanın gözü yenə də Azərbaycandadır. Nizami Gəncəvi Beynəlxalq Mərkəzdə  “COVID-19-dan sonrakı dünya” adı altında VIII Qlobal Bakı Forumu öz işinə başladı. Nizami  Gəncəvi Beynəlxalq Mərkəzində  bu forumun yaradılması böyük əhəmiyyət kəsb edir. Azərbaycan şairi N.Gəncəvinin adını daşıyan bu mərkəzin fəaliyyəti müasir Azərbaycanın gündəlik həyatını, tarixini, gələcək perspektivlərini dünyaya təqdim etmək baxımından fəal platformadır. Ölkə başçımız tərəfindən Nizami Gəncəvi ili elan edən bu ildə belə bir forumun həyata keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Bakı belə böyük 7 forumu həyata keçirməklə özünü təsdiq etdi.
Bu forumda müxtəlif siyasətçilərin təşrif buyuraraq dünyanı maraqlandıran ən mühüm məsələlərin müzakirəsində iştirak etmələri, məhz Bakıdan-Azərbaycanın paytaxtdan dünyaya birbaşa mesajların ünvanlanmasına imkan taparaq bundan yararlandılar. Eyni zamanda Azərbaycan da bu platformaya ev sahibliyi etməklə bir daha Azərbaycanın mutlikultural dəyərlərə sədaqətli olduğunu göstərir. Həmişə olduğu kimi bu tədbirə yenə də dünyanın aparıcı simaları, ictimai-siyasi xadimləri toplaşdılar. Və əlbəttə ki, hamı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışını səbirsizliklə gözləyirdi. Çünki məhz bu forumda Azərbaycan lideri həmişə dünyanın gündəliyində olan ən ümdə məsələlərə öz fikrini bildirir və mühüm, aktual mesajlarını ötürürdü. Pandemiya şəraitində bu cür yüksək səviyyəli tədbirlərin təşkili böyük məsuliyyət və diqqət tələb edir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb

Azərbaycanın nüfuzu, 40-dan artıq ölkənin dövlət və hökümət nümayəndələri, keçmiş  prezidentləri, baş nazirləri və digər siyasiləri Bakıya topladı. Şübhəsiz forumda bütün dünyanı və Azərbaycanı narahat edən koronovirus pandemiyası və bunun dünyada törətdiyi fəsadlar, pandemiyadan daha az itki ilə çıxması, bu sahədə dünyada həmrəylik prinsipinin formalaşması və yeni tövhələrin verilməsi bu forumda müzakirə olunmuşdur. Forum çərçivəsində çıxış edən cənab Prezidentimiz koronovirusla mübarizədə Azərbaycan tərəfindən atılan addımları da qeyd edərək bildirmişdir ki, bu gün 18 yaşdan yuxarı əhalimizin 60 faizi Covid-ə qarşı peyvənd olunubdur. Covid-lə mübarizədə 13 xəstəxananın tikilməsi, əlavə çarpayı fondunun, ən vacib məqamlardan biri olan qoruyucu vasitələr istehsal edən müəssisələrin  yaradılması, süni tənəffüs aparatlarının və müasir texnoloji tibbi avadanlıqların alınması, qısa zaman ərzində həkimlərimizin, səhiyyənin səfərbər olunması cənab Prezidentimizin və Birinci vitse-prezidentimizin mənəvi tərəfdən də xalqın yanında olması Azərbaycanı bu bəladan az itki ilə çıxardı. Cənub qonşumuzda ilk yoluxma faktı qeydə alınan anda ölkəmizdə də Operativ Qərargahın yaradılması, Koronovirusa qarşı mübarizə fondunun yaradılması və bu fonda ilk yardımların da Prezidentimiz və Birinci vitse-prezidentimzin əməkhaqqlarından olunması və atılan digər addımların ardıcıllıqla davam etməsinin nəticəsini qeyd etdi.
Həmçinin ölkə başçımız çıxışında qeyd etdi ki, bu gün qısa müddət ərzində bizim məhdudiyyətimiz yalnız qapalı yerlərdə bu maskadan istifadə etməkdir. Dünyada vaksin milliyətçiliyinin tüğyan etdiyi vaxtda Azərbaycan xalqının vaksin seçimi imkanları da genişdir. Bu da, dövlətin gücüdür, iqtisadiyyatıdır, qüdrətidir.

Ruslan Nemətov – “Rayon Mərkəzi Xəstəxanası”PHŞ direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki