Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq
Azərbaycan dövləti malik olduğu imkanlardan, təcrübədən istifadə edərək hazırda iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrini artırmağa səy göstərir. Ötən ilin sonunda COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın qəbul edilməsi də bu məqamlara işıq saldı. Reallıq budur ki, Azərbaycan COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu kontekstdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. BRICS-ə üzv dövlətlərin Azərbaycanın qurumda təmsil olunmasında maraqlı olmaları ölkəmizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyinə söykənir. Bunun üçün hazırda quruma artan marağı şərtləndirən amillərə diqqət yetirmək kifayətdir. BRICS-in fəaliyyətinin əsasını təşkil edən prinsiplər suveren bərabərlik, öz inkişaf yolunun seçiminə hörmət, maraqların qarşılıqlı nəzərə alınması, çoxqütblü dünya nizamını və qlobal maliyyə, ticarət sisteminin ədalətli modelini formalaşdırmaq istəyi, dövrün ən aktual problemlərinin birgə səylər nəticəsində həlli yollarının axtarışıdır. Azərbaycan hər zaman xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlamaqla, çoxqütblü dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdədir.
Cənab Prezidentimizin sözügedən Sammitdəki çıxışında da bu məqamı xüsusilə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın direktor müavini, baş həkim