image-qanunla-reklam
image-1628693194-modern-az-11-08-2021-1628692693

Növbəti qabiliyyət imtahanları bu tarixdə keçiriləcək

image-lady-day-az

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsinə, o cümlədən ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul üçün keçirilən xüsusi qabiliyyət imtahanlarının tarixləri müəyyənləşib.

DİM-dən Qanunla.Az-a bildirilib ki, avqustun 13-də bədən tərbiyəsi (11 illik), musiqi sənəti (ali və 9 illik), təsviri sənət (ali, 11 illik) və teatr-kino-xoreoqrafiya (11 illik) istiqamətləri üzrə növbəti qabiliyyət imtahanları təşkil ediləcək.

Abituriyentlər imtahanların tarixi ilə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə tanış olmalıdırlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki