Novruzun milli mənəvi dəyərləri
Novruz təkcə əyləncə və şənlik deyil, həm də mənəvi dəyərləri özündə əks etdirən bayramdır. Novruz insanlarda birlik, həmrəylik, sevgi, hörmət kimi hissləri gücləndirir. Bu bayramda insanlar bir-birlərini təbrik edir, qohum-əqrəba ziyarətinə gedir,küsülülər,barışır.
Novruz bayramı xalqımızın qədim və zəngin mədəni irsinin ən gözəl nümunələrindən biridir. Bu bayram hər il böyük coşqu ilə qeyd olunur, insanlara sevinc və xoşbəxtlik bəxş edir.
Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Adətə görə süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.
Novruzun ən yüksək zirvəsi köhnə il öz səlahiyyətlərini təzə ilə verəndə olur. Bu anda köhnə ənənəyə görə Novruzun şərəfinə top və tüfənglərdən yayılım atışları açılır. Hələ XIX əsrdə N.Dubrovin bu haqda belə yazmışdır: “Azərbaycanda Baharın gəlməsini şəhər və kəndlərdə açılan yayılım atışları bildirirdi”. Azərbaycanda Novruz bayramı təntənəsinin iştirakçısı olan Adam Oleariy hələ 1637-ci ildə yazırdı: “Münəccim (astroloq) tez-tez astronomik cihaz və günəş saatı vasitəsilə günəşin hündürlüyünü təyin edərək gündüzlə gecənin bərabərləşdiyi anda elan etdi: “Təzə il gəldi!” və elə bu anda yayılım atışları başlandı, şəhərin qüllələrindən və divarlardan musiqi sədaları ucaldı. Beləliklə, Bahar bayramı başlandı”.
Xalq arasında deyirlər: “Əgər bayram günü evdə olmasan, yeddi il dərbədər olacaqsan”. Bir qayda olaraq çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtçilik əlamətidir.
Novruzu qeyd edərkən kəndlilər təzə ilin necə keçməyini – quru və yaxud yağışlı, məhsuldarlığın dərəcəsini təyin edirdilər. Ənənəyə görə Novruzun birinci gününü – yaz, ikinci – yay, üçüncü – payız, dördüncü günü isə – qış sayırlar.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Novruz bayramının Azərbaycan cəmiyyətindəki əhəmiyyəti işğaldan azad edilmiş torpaqlarda daha da dərindir
2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatla Azərbaycanın işğal altında olan torpaqları erməni işğalından azad olundu. Bu, yalnız Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün böyük bir qələbə idi. Novruz bayramı isə bu qələbənin simvolu halına gəldi. Azad olunan torpaqların hər bir küncü, hər bir kəndi Novruzun işıq və bərəkətini gözləyirdi.
Novruz bayramının Azərbaycan cəmiyyətindəki əhəmiyyəti işğaldan azad edilmiş torpaqlarda daha da dərindir. Bu torpaqlarda yaşayan insanlar artıq bir çox illər sonra öz evlərinə qayıdır və Novruz bayramını sevdikləri ilə, vətənləri ilə birgə qeyd edirlər. Qayıdışla bağlı ruh yüksəkliyi və bu torpaqlarda yenidən həyatın başlanması, Novruzun simvolik mənasını daha da dərinləşdirir.
Bayram, eyni zamanda təbiətin yenidən dirilməsi ilə bağlıdır. Kəndlərdə, şəhərlərdə və ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlarda insanlar Novruz bayramında təbiətin dirçəlişini daha da xüsusi hiss edirlər. Gözəl çiçəklərin açması, ağacların yaşıllaşması, yerin öz təbii gözəlliyini yenidən göstərməsi ilə yanaşı, insanlar da öz həyatlarını yenidən qurmağa başlayır, torpağa köklənirlər.
Bayram, eyni zamanda təbiətin yenidən dirilməsi ilə bağlıdır. Kəndlərdə, şəhərlərdə və ümumiyyətlə, işğaldan azad edilmiş torpaqlarda insanlar Novruz bayramında təbiətin dirçəlişini daha da xüsusi hiss edirlər.
Gözəl çiçəklərin açması, ağacların yaşıllaşması, yerin öz təbii gözəlliyini yenidən göstərməsi ilə yanaşı, insanlar da öz həyatlarını yenidən qurmağa başlayır, torpağa köklənirlər.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal