Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə Abşeron rayonunun Novxanı kəndində dənizdə, qeyri-çimərlik ərazidə bir nəfərin batması barədə məlumat verilib.
FHN-in mətbuat xidmətindən Qanunla.Az-a bildiriblər ki, hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.