Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb.
Qanunla.az “Report”a istinadən xəbər verir ki, aprelin 22-də gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, Təvəkkül Şirəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. T.Şirəliyev aldığı xəsarətlərdən vəfat edib. Onun 2016-cı il təvəllüdlü oğlu Kənan və baldızının 15 yaşlı oğlu Fəqan Qocayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, qəzaya düşənlər yaxın qohumun əsgər gedən övladı üçün təşkil edilmiş yığıncaqdan qayıdırmışlar.