Bu gün səhər saat 06:45 radələrində OBA marketlər şəbəkəsinin “Binə 3” filialında partlayış baş verib.
Bu barədə Qanunla.az-a marketlər şəbəkəsindən məlumat verilib.
“İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində OBA-nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək”, – məlumatda deyilir.
***
Fövqəladə Hallar Nazirliyi Binədə marketdə baş verən partlayışla bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub:
“Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb”.