image-qanunla-reklam
image-1691217768-terminai

Ödəmə terminalından oğurluq etmək istədi

image-lady-day-az

Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Qanunla.az-a verilən məlumata görə, onun Göyçay rayon sakini 23 yaşlı Heydər Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib.

Polis Bölməsində aparılan araşdırmalarla H.Nağıyevin həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki