image-qanunla-reklam
image-1711695452_8e928443-d399-4b22-83d3-a8ae3f86a8e6

“Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır” – Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

image-lady-day-az
“Aidiyyatı qurumlar bu dəfə də müraciətimə baxmasalar, mətbuat konfransı keçirəcəm.”

DogruXeber.az” xəbər verir ki, bu sözləri Cəbrayıl rayonunun Daşkəsən kənd sakini, şəhid Elçin Kərimovun atası Ataş Kərimov deyib.

Xatırladaq ki, şəhid Elçin Kərimovun 7 nəfərdən ibarət olan ailəsinin köhnə yataqxananın bircə otağında sığındıqları, həmçinin Bakıxanov qəsəbəsindəki şəhidlər xiyabanında uyuyan şəhidin məzar daşında böyük çatların yarandığı, uçub-dağılma təhlükəsi ilə üz-üzə olduğu barəsində dəfələrlə “DogruXeber.az” informasiya portalında, eləcə də agentliyimizin tabeliyində fəaliyyət göstərən “Kanal14” YouTube kanalında məlumatlar və görüntülər yayımlamışdıq. Lakin, təəssüflər olsun ki, bundan sonra da hətta, nə Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənovun, nə millət vəkili Ceyhun Məmmədovun, nə hazırda yaşadıqları Sabunçu rayonunun icra hakimiyyətinin başçısı Adil Vəliyevin, nə də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbərinin “tükü tərpənmədi”.

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

Şəhid ailəsini 30 ildir eşidən yoxdur… – “Başçını tanımıram, amma deputatı televizorda görmüşəm”

Şəhidin ailəsi və məzar daşı daha bir yeni ilə köhnə probləmlərlə girir...

Allah rəhmət eləsin, Mirzə Ələkbər Sabir məhz yuxarıda adlarını çəkdiyimiz məmurların dilindən deyirdi:

Hər millət edir səfheyi-dünyadə tərəqqi,
Eylər hərə bir mənzilü məvadə tərəqqi,
Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi,
Biz də edərik aləmi-röyadə tərəqqi;
Millət nесə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!

31 ildir bu ailə, eləcə də Ataş kişini bildirdiyinə görə, onlardan başqa da Cəbrayıl rayonundan olan bir neçə şəhid ailələri bu cür şəraitsiz, köhnə yataqxanada sözün əsl mənasında əziyyət çəkirlər.

Atalar deyib, “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”. Odur ki, aşağıda təqdim etdiyimiz videonu izləyib, özünüz dediklərimizə şahid olun.

Məsələ həllini tapana qədər mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

"Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır" - Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü  // VİDEO + FOTO

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki