image-qanunla-reklam
image-img_20211001_185435

“Oğlumun məzarını ziyarət etmək üçün mənə kömək edin” – Vilayət Eyvazova müraciət…

image-lady-day-az
Birinci Qarabağ savaşında şəhid olan Cəbrayıl sakini Həsənov Mehman Elman oğlunun anası Şəfiqə Həsənova Moderator.az-ın redaksiyasına müraciət edib.
Şəhid anası müraciətində 1992-ci ildə Cəbrayılda şəhid olan və elə orda dəfn edilən şəhid oğlu Mehman Həsənovun məzarını ziyarət etmək istədiyini deyib. Artıq yaşlandığını və səhhətində problemlər olduğunu deyən Şəfiqə ana şəhid oğlunun məzarını ziyarət etmək üçün çox nigaran olduğunu bildirib:
“Biz 1992-ci ildə Cəbrayıldan qaçqın düşmüşük. O vaxtdan Sumqayıtda və sonra Bakıda yaşıyırıq. Qarabağ savaşında iki oğlum döyüşürdü. Mehman 1992-ci ildə şəhid oldu. Elə Cəbrayılda da dəfn etdik. Qaçqın düşəndən sonra artıq 29 ildir ki, mən oğlumun məzarını ziyarət edə bilmirdim. Şükür Allaha ki, Ali Baş Komandanımızın sayəsində müzəffər ordumuz bir çox rayonlarımız kimi Cəbrayılı da işğaldan azad etdi. Bu azadlığın içində mənim şəhid oğlum Mehmanın da mənfur düşmənlərimiz tərəfindən dağıdılmış məzarı var. Buna görə bir şəhid anası kimi o oğullarımıza minnətdarlığımı bildirirəm.
Bu gün isə Mehmanın məzarını ziyarət etmək üçün çox nigaranam. Yaşlı adamam, səhhətimdə problemlərim var, qorxuram ki, o günü görməyəm. Ona görə sizin vasitənizlə hörmətli daxili işlər nazirimiz general-polkovnik Vilayət Eyvazovdan kömək istəyirəm. Xahiş edirəm, o yurd yerimizi və oğlumun məzarını ziyarət etməyim üçün müvafiq göstəriş və tapşırıqlarını versin”.
Qeyd edək ki, Mehman Elman oğlu Həsənov 1964-cü ildə Cəbrayılda anadan olub. Birinci Qarabağ savaşı zamanı iki qardaş döyüşlərə qatılıblar və 1992-ci ildə qəhrəmancasına şəhid olub. 44 günlük Vətən müharibəsində isə Mehmanın xalası oğlu kapitan Hətəmxan Quliyev də şəhid olub. 
Vasif Əlihüseyn
image-img_20211001_185248

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki