Mayın 4-də Nərimanov rayonu ərazisində bir nəfər şəxsin itirdiyi, içərisində 513 manatı, 5 ədəd bank kartı və sürücülük vəsiqəsi olan pulqabısının oğurlanması və mayın 5-də kartlarının birindən 227 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Qanunla.Az xəbər verir ki, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Elçin Kərimov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.