Yevlaxda oğurladığı cins xoruzu 30 manata satan şəxsə 30 sutka həbs verilib.
Qanunla.az-ın məlumatına görə, Məftun (şərti) 3 yanvar 2023-cü il tarixdə Yevlax şəhəri, 32-ci məhəllədə yerləşən evlərin birindən bazar dəyəri 200 manatdan baha olan bir ədəd cins xoruz oğurlayıb.
O, oğurladığı xoruzu 30 manata tanımadığı şəxsə satıb. Özünün dediyinə görə, oğurluq etməyinə səbəb maddi imkanının yaxşı olmaması olub.
Məftun məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 30 gün azadlıqdan məhrum edilib. //Qaynarinfo