image-qanunla-reklam
image-1745819849-honda-civic-sedan-ehev-2022-5

Oğurlanmış avtomobilini satın aldı – Qəribə olay

image-lady-day-az

Böyük Britaniya vətəndaşı gözlənilməz hadisə ilə qarşılaşıb. 

Qanunla.az xarici KİV-ə istinadən xəbər verir ki, Solihull şəhər sakini 36 yaşlı Evan Valentinenin qara rəngli “Honda Civic Type-R” markalı avtomobili fevralın 28-də dayanacaqdan oğurlanıb.

Kişi polisə müraciət etsə də, avtomobilini tapa bilməyib.  Lakin o nəqliyyat vasitəsinin eynisini almaq qərarına gəlib. Belə ki, bir müddət sonra Evan internetdə gördüyü  qara rəngli “Honda Civic Type-R” markalı avtomobili almaq qərarına gəlib.

Maraqlısı budur ki,  26 min dollardan çox pul ödəyən britaniyalı yeni avtomobilin oğurlanmış maşını olduğunu anlayıb. Kişi bu barədə sosial şəbəkədə yazıb: “Oğurlandıqdan sonra eyni maşın almaq qərarına gəldim. Eyni rəng, eyni il (2016), eyni xüsusi buraxılış sistemi. Heç şübhə çəkmədi. Onu evə gətirəndə bəzi qəribə şeyləri görməyə başladım. Baqajda mənə aid olan əşyalar var idi və anladım ki, bu mənim avtomobilimdir”.

O, bildirib ki, nömrələr və VIN onun oğurladığı avtomobilindən fərqli olub. Ona görə də kişi bunun oğurlanmış avtomobili olduğunu bilməyib.  Hadisədən sonra Evan maşını satan şirkəti məhkəməyə verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki