image-qanunla-reklam
image-83abf4cc-419b-34fe-92cc-8f8c9f473980_850

Oğuzda Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

image-lady-day-az

Oğuz rayonunda Vətən müharibəsi şəhidi Məhəbbət Paşayevin anım mərasimi keçirilib

Mərasimdə şəhidin yaxınları, döyüşçü yoldaşları və rayon sakinləri iştirak ediblər.

Vətən uğrunda canlarından keçən şəhidləriin ruhuna dualar oxunub, şəhidin məzarı üzərinə gül dəstələri qoyulub.

Qeyd edək ki, Məhəbbət Vaqif oğlu Paşayev 1999-cu il avqustun 5-də Şəki rayon Bolludərə kəndində anadan olub. 2005-ci ildə Bolludərə kəndində birinci sinifə gedib. 2006-cı ildə ailəsi Oğuz şəhərinə köçüb və M.Paşayev təhsilini Oğuz şəhər 3 nömrəli məktəb-liseydə davam etdirib. 2016-cı ildə məktəb-liseyi bitirib.

O, 2018-cı il aprelin 26-da Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Goran, Ağcakənd, Ballıqaya bölgəsində yerinə yetirib. Əsgəri xidmətdə olarkən öz borcunu ləyaqətlə yerinə yetirmiş, hərbi hissə komandanlığı tərəfindən dəfələrlə Fəxri Fərmanlara layiq görülüb. 1 oktyabr 2019-cu ildə xidmətini uğurla başa vurub. Ordu sıralarından qayıtdıqdan sonra müxtəlif işlərdə işləyib. 2020-ci ilin avqustundan müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətə başlayıb.

M.Paşayev 2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarına cavab olaraq başladılan II Qarabağ müharibəsi zamanı Suqovuşan uğrunda gedən döyüşlərə qatılıb. O, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. M.Paşayev sentyabr ayının 30-da Oğuzdakı Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Məhəbbət Paşayev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki