image-qanunla-reklam
image-1634793041-prague-main-image-xlarge

Oktyabrın 25-dən COVID-19 əleyhinə sərt tədbirlər görüləcək – Çexiyada

image-lady-day-az

Çexiyada koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar olaraq hökumət  epidemiya əleyhinə bir sıra tədbirləri sərtləşdirmək qərarına gəlib. 

Qanunla.Az xəbər verir ki, yeni qərara əsasən, xüsusilə qapalı məkanlarda tibbi maska taxmaq məcburi olacaq.

Ölkənin səhiyyə naziri Adam Voytek jurnalistlərə açıqlamasında bildirib ki, eyni zamanda peyvənd sertifikatlarına nəzarət gücləndiriləcək:

“Ötən gün respublikada koronavirusa yeni yoluxanların sayı ötən həftənin eyni günü ilə müqayisədə iki dəfə artıb. Xəstəliyin daha çox yayılması məyusluq doğurur. Bununla əlaqədar olaraq hökumət bəzi epidemiya əleyhinə tədbirləri sərtləşdirmək qərarına gəlib.
Yeni qərar oktyabrın 25-dən qüvvədə olacaq. Noyabrın 1-dən isə kafe, restoranlarda, dövlət və özəl müəssisələrdə çalışanlardan peyvənd sertifikatı da tələb ediləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki