image-qanunla-reklam
image-1738056736_17380554412526233168_1200x630

Ölkə iqtisadiyyatının sürətlə böyüməsi və əhalinin rifahının yüksəldilməsi avtomobilləşmənin kəskin artmasına səbəb olub

image-lady-day-az

Ölkə iqtisadiyyatının sürətlə böyüməsi və əhalinin rifahının yüksəldilməsi avtomobilləşmənin kəskin artmasına səbəb olub

Qloballaşma və inteqrasiya proseslərinin sürətlənməsi ilə müşahidə olunan XXI əsr milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafına öz təsirini göstərir. Qlobal məkanda baş verən sosial-iqtisadi proseslər, bütövlükdə, milli təsərrüfatların, eləcə də ayrı-ayrı sahələrin qarşısında müəyyən vəzifələr qoyur ki, onların uğurla gerçəkləşdirilməsi nəqliyyatın iştirakı olmadan təsəvvür edilmir.

Bütün bunları dəqiqliklə nəzərə alan Azərbaycan hökuməti ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır, müvafiq proqram və layihələr hazırlayaraq uğurla reallaşdırır. Ölkə başçısının qəbul etdiyi qərar və sərəncamlar ölkəmizin nəqliyyat sistemində idarəetmənin və xidmətlərin təkmilləşdirilməsi, beynəlxalq tələblərə uyğunlaşdırılması və ümumilikdə milli nəqliyyat sisteminin dünya nəqliyyat sisteminə inteqrasiyasının hüquqi əsaslarını təşkil edir. Uğurla reallaşdırılan qərar və sərəncamların nəticəsidir ki, həyata keçirilən layihə və proqramlar mühüm nəqliyyat-tranzit qovşağı kimi Azərbaycan Respublikasında yeni bir nəqliyyat sistemi formalaşdırır.

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə qeyd edib ki, son 20 ildə nəqliyyat sahəsində əsaslı islahatlar aparılıb, infrastruktur yenidən qurulub, sektor ölkə iqtisadiyyatının sürətli inkişafına mühüm töhfə verib. Ölkə iqtisadiyyatının sürətlə böyüməsi və əhalinin rifahının yüksəldilməsi avtomobilləşmənin kəskin artmasına səbəb olub. Sərnişindaşımanın yaxşılaşdırılması, yollarda tıxacların azaldılması, şəhərin ekoloji vəziyyətinin yüngülləşdirilməsi və dövlət investisiyalarının səmərəliliyinin artırılması ilə bağlı dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq “Bakı şəhərinin mobilliyinin transformasiyası” layihəsinə başlanılıb.Layihənin koordinasiyasının ölkə rəhbərinin müvafiq fərmanı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən həyata keçirilməsi qərara alınıb. Son ilyarım ərzində şəhər nəqliyyatı sisteminin yaxşılaşdırılması sahəsində əldə edilmiş uğurlar Şurada təmsil olunan Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin konstruktiv əməkdaşlığı sayəsində mümkün olub.

Dünyanın bütün iri şəhərlərində olduğu kimi, iqtisadi və demoqrafik artım fonunda Bakının nəqliyyat sistemi də bir çox çağırışlarla üzləşməkdədir. Bu çağırışlara cavab olaraq dünya şəhərləri “avtomobil mərkəzli şəhər” yanaşmasından “insan yönümlü” yanaşmaya keçid etməkdədir. Təbii ki, bu keçid təkcə dövlət tənzimlənməsindən asılı deyil. Burada şəhər sakinlərinin nəqliyyat davranışlarının dəyişməsi də vacibdir. Uzun müddət digər nəqliyyat növlərinə fokuslanan və vərdiş halını almış davranışın dəyişməsi isə zaman tələb edir.

Dövlət tənzimlənməsi vasitəsilə parklanma tariflərinin müəyyənləşdirilməsi, avtobus zolaqlarına riayət olunmamasına görə cərimələrin tətbiqi və tələbin idarə edilməsinə yönələn digər tələblər yeni nəqliyyat vərdişlərinin mənimsənilməsinə gətirib çıxarır. Mikromobillik, yəni, skuterlər və velosipedlər üçün uyğun infrastrukturun olmaması mikromobilliyin təhlükəli nəqliyyat vasitəsi kimi qavranılmasına və vərdişin, ümumiyyətlə, yaranmamasına səbəb olur. Halbuki aparılmış tədqiqatlar göstərmişdir ki, velosipedlə edilən hər 9 milyon səfərdən yalnız biri ölümlə nəticələnir.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki