image-qanunla-reklam
image-akilbek-japarov

Ölkədə ilk dəfə seçki prosesinə müdaxilə edilmədi – Japarov

image-lady-day-az

Qırğızıstanda ilk dəfə olaraq prezident administrasiyası və Nazirlər Kabineti seçki prosesinə müdaxilə etməyib.

Qanunla.Az  xəbər verir ki, bunu Qırğızıstanın Baş naziri Akılbek Japarov deyib.

“Seçmək və seçilmək hüququmuz var. Ümid edirəm ki, siz layiqli seçim edib öz maraqlarınızı qoruyacaq, iqtisadi yüksəlişə kömək edəcək, pensiyalarınızı və maaşlarınızı artıracaq qanunlar yazacaq deputatlar seçəcəksiniz. Deyə bilərik ki, ölkə tarixində ilk dəfə olaraq Prezident Administrasiyası, Nazirlər Kabineti seçki prosesinə müdaxilə etməyib. Seçki prosesində sizin məsuliyyətli, balanslı, vətənpərvər vətəndaş mövqeyinizə arxalanıram”, – Japarov bildirib.

Qeyd edək ki, bu gün Qırğızıstanda parlament (Joqorku Keneş) seçkiləri keçirilir. 2021-ci il aprelin 11-də referendumda qəbul edilmiş Konstitusiyaya əsasən, Joqorku Keneşin yeni tərkibi 90 deputatdan ibarət olacaq və qarışıq seçki sistemi ilə 5 il müddətinə seçiləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki