image-qanunla-reklam
image-1600862153214_hl9lo7s5

Ölkədə neçə nəfər COVID-19 əleyhinə vaksinasiya olunub? – VİDEO

image-lady-day-az

Azərbaycanda yanvarın 18-dən başlayan COVID-19 əleyhinə vaksinasiya bayram günlərində də davam edir.

AZTV xəbər verir ki, təkcə ötən gün 19 427 nəfər vaksinasiya olunub.

Son 24 saata qədər isə 510 420 nəfər peyvənd olunub. Qeyd edək ki, Azərbaycan koronovirus əleyhinə vaksinlərin əlçatanlığı baxımından nümunəvi dövlətlər sırasındadır.

Ölkədə vaksinasiyanın birinci mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı olan şəxslər, hüquq mühafizə orqanlarının işçiləri vaksinasiya edilib. Fevralın 17-də başlanan ikinci mərhələdə isə 50 yaş və daha yuxarı şəxslərin peyvəndlənmə prosesi başlanılıb. Martın 22-dən isə 40 yaş üzərində olan vətəndaşlarımız koronavirusa qarşı vaksinasiyaya cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki