image-qanunla-reklam
image-1629270508_hekim-1

Ölkədə olmayan şəxslərə saxta COVİD-19 sənədi verdi

image-lady-day-az
Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin qanunsuz olaraq “COVİD-19” əleyhinə I doza vaksinasiya olunmaları barədə daxil olmuş material əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb.
Masallı rayon prokurorluğundan verilən məlumata görə, araşdırma ilə Masallı RMX-nın feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq onlara vaksin vurulmadığı halda “COVİD-19” əleyhinə I doza vaksinasiya olunması və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda  Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki