Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk.
Çinin dünyanın regional nizamını yenidən müəyyənləşdirməyə çalışdığı daha geniş bir strategiyasının başlanğıcındayıq desək, yanılmarıq. Bu ölkənin innovasiya imkanları, iqtisadi keçidləri, xüsusən də texnoloji rəqabətdə irəliləyişi o qədər güclüdür ki, dünya iqtisadiyyatını dəyişkənliyə məruz qoyur. Belə bir reallıqda Azərbaycan-Çin münasibətlərinin dərinləşməsi ölkəmizin təkcə Cənubi Qafqazda deyil, dünyada nüfuzunun artmasına imkan verəcək. Təbii, Çinlə dərinləşən əlaqələr Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrə də təsir edəcək ki, bu da Azərbaycan iqtisadiyyatının dünyaya açılması deməkdir. Ticarət əlaqələri öz növbəsində diplomatik münasibətlərə də müsbət təsir göstərəcək, bu isə dövlətimizin başçısının uzunmüddətli siyasi hədəflərinin reallaşmasına gətirib çıxaracaq.
Azərbaycan-Çin münasibətlərində hərbi, siyasi və iqtisadi bağlılığın miqyası böyüyür. Çin elm və texnologiyanın sərhədlərinin dəyişməsinə sistemli şəkildə təkan verir, bu baxımdan onun inkişaf trayektoriyası düzgün izlənilməli və qiymətləndirilməlidir.
Çin və Azərbaycanı birləşdirən digər məsələlər də var. Prezident cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, kənar güclərin ölkəmizə və regionumuza müdaxiləsinə icazə verilməyəcək. Pekini cazibədar edən daha önəmli bir məsələ onun təkcə pul və texnologiya təklif etməsi ilə kifayətlənməyərək, həm də liberal-demokratik modelə ideoloji alternativ təklif etməsi, daxili siyasətlə bağlı isə heç bir sual verməyən tərəfdaş kimi özünü göstərməsidir. Cənab Prezident son mesajlarında da məhz bu notlar üzərində dayandı. Strateji əməkdaşlıq müqabilində dəstək-təklif-imkan paketi olmalıdır. Azərbaycan və Çin Qərbin təzyiqlərinə baxmayaraq, müttəfiqliyi gücləndirir. Dövlətimizin başçısı iki ölkə arasında əlaqələrin ticarət, iqlim fəaliyyəti və ortaq dəyərlər vasitəsilə inkişaf etdiyini bildirir. Buna görə də Çinin Sinxua agentliyinə məxsusi müsahibəsində Prezident cənab İlham Əliyev bildirdi ki, 2024-cü ilin iyulunda Sədr Si Cinpinlə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədən sonra Bakı ilə Pekin arasında münasibətlər “tarixi mərhələyə daxil olub”. İki ölkə arasında 2024-cü ildə ikitərəfli ticarət 20,7% artıbsa, Çinin Azərbaycanın ən böyük idxal tərəfdaşı olması reallığı ortada mövcuddursa, həmçinin uzaqgörən Liderimiz texnologiya, enerji və infrastruktura sərmayələrə toxunarkən “Hələ istifadə olunmamış böyük potensial var” deyirsə, deməli, Çin-Azərbaycan münasibətlərinin inkişaf üfüqləri çox uzağa gedib çıxır”.
Ziya Nağıyev –Zərdab rayon Dəli Quşçu kənd sakini