image-qanunla-reklam
image-media-1744200759202962578067f664373c335-ncgkbmef0p8wisyx3qa2

Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir

image-lady-day-az

Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir

Azərbaycan-Çin münasibətləri qədim və möhkəm təməllərə dayanır. Çin 27 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyıb. 2 aprel 1992-ci ildə isə Bakı ilə Pekin arasında diplomatik əlaqələr qurulub. İki ölkə arasında əlaqələrin qurulmasında və inkişaf etməsində Ümumilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu da xüsusi vurğulamaq lazımdır. Ulu Öndərin 1994-cü ilin mart ayında Çinə səfəri Azərbaycan və Çin arasında dərin əlaqələrin qurulmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin Çinə ilk səfəri 2005-ci ildə baş tutmuşdur. Çində ötən 20 il ərzində ölkənin sürətli inkişafı və inanılmaz dəyişikliklər müşahidə olunur.

Bu gün  Azərbaycan-Çin münasibətlərinin qısa təhlili əsasında bu qənaətini açıqlayıb ki, qarşılıqlı etimad münasibətlərin yüksələn xətlə inkişafında, həmçinin yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı ilə Çin Lideri arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Bunun sayəsində  Çin və Azərbaycan strateji tərəfdardırlar.

Son illər Azərbaycanla Çin arasında siyasi dialoq, iqtisadi tərəfdaşlıq əlaqələri daha da genişlənir. Dövlətlərarası münasibətlərin formalaşmasında və inkişafında liderlərin şəxsi münasibətləri mühüm rol oynayır. İki ölkənin rəsmiləri arasında səfərlər intensivləşib, bütün sahələr üzrə danışıqlar və razılaşmalar dinamik xarakter alıb. Çinin Sədri Si Cinpin ikitərəfli münasibətlərin yüksək dinamika ilə inkişafında Azərbaycan Prezidentinin rolunu həmişə yüksək dəyərləndirib və Prezident cənab İlham Əliyevi Çinin böyük dostu adlandırıb. Bütün bunlar dinamik xarakter daşıyan qarşılıqlı əlaqələrin yeni mərhələyə yüksəldiyinin göstəricisi hesab oluna bilər.

Cənab Prezident İlham Əliyevin Çinə səfəri fonunda iki ölkə arasında imzalanan müqavilə münasibətləri daha yüksək bir mərhələyə çatdırmış oldu. Nəzərə almaq lazımdır ki, Çində imzalanan bəyənnamədə iki ölkə arasında hərtərəfli əməkdaşlıq adlanan strateji münasibətlər üzrə birgə bəyənnamə vurğusu var. Bu onu göstərir ki, Azərbaycan və Çin bu gün öz əlaqələrini ən yüksək səviyyəyə çatdırmaqdadır. Eyni zamanda iki ölkənin münasibətlərində tarixi məqam gəlib çatıb. Belə ki, daha əvvəl Azərbaycan Çin vətəndaşları üçün vizanı aradan qaldırmışdı. İndi isə Azərbaycan vətəndaşları Çinə vizasız gedib gələcəklər. Bütün bunlarla yanaşı, Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır. Eyni zaman da Çin də hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Hər bir halda Çin və Azərbaycan münasibətləri arasında böyük bir tarixi məqam yetişib ki, bu, təkcə ticari, iqtisadi və siyasi əlaqələri deyil, kültürəl və elmi əlaqələri də dərinləşdirir.

Kəmalə Məmişova- Zərdab rayon Bıçaqçı kənd tam orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki