image-qanunla-reklam
image-17453898674000110675_1200x630

Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir

image-lady-day-az

Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir.

Bu gün Azərbaycan – Çin əlaqələri çox­şaxəli struktura malikdir, dövlətlər arasında əməkdaşlıq çoxşaxəli və konstruktivdir. Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşımızdan bi­ridir. Burada enerji keçidi, bərpa olunan enerji sahəsində əməkdaşlıqdan tutmuş istehsal sahələ­rinədək bir sıra məqamlar var. Yeri gəlmişkən, Heydər Əliyev Fondu Azərbaycanla Çin arasında mədəni və humanitar müba­dilənin əsas hərəkətverici qüvvəsidir. Fond “Çinin Xarici Ölkələrlə Dostluq üzrə Xalq Cəmiyyəti” ilə birlikdə müxtəlif layihələr həyata keçirir ki, bu fəaliyyətin də uğuru göz önündədir. Aprelin 22-24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması bu münasibətlərin pik nöqtəsidir. Belə ki, bu anlaşma Azərbaycan – Çin münasibətlərinı keyfiyyətcə yeni mərhələyə yüksəltmiş oldu. Dünyada ən güclü  geosiyasi mərkəzlərdən biri olan Çin Azərbaycanı Cənubi Qafqazda özünün strateji tərəfdaşı kimi dəyərləndirdiyini rəsmi şəkildə bəyan etmiş və demək olar ki, bütün istiqamətlərdə qarşılıqlı münasibətlərin inkişafında maraqlarını ifadə etmişdir. Çin mediası Azərbaycan liderinin bu ölkəyə rəsmi səfərinə hədsiz maraq nümayiş etdirib. Səfəröncəsi cənab İlham Əliyevin Çinin Sinxua Agentliyinə verdiyi müsahibə, daha sonra Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfri Lu Meyin Azərbaycana həsr edilmiş geniş məqaləsi və səfərin yekunları ilə bağlı dövlətimizin başçısının Pekində Çinin CGTN (China Global Television Network) telekanalının “Danışır liderlər” verilişinə dəvət alması həm ölkəmizin nüfuzunun yüksək səviyyədə dəyərləndirilməsi, həm də onun liderinin personasına xüsusi münasibətin göstəricisidir. İkitərəfli münasibətlərin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları cənab İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı dostluq əlaqələrinin əhəmiyyətli rolu var. Təsadüfi deyil ki, Çin lideri Prezident İlham Əliyevi Çinin böyük dostu adlandırır. Bütün bunlar o deməkdir ki, qlobal beynəlxalq gündəmin əsas məsələlərinə dair bizim mövqelərimiz üst-üstə düşür. Dünya­nın super gücü olan ÇXR ilə münasibətlərimizin yüksək məcraya çatdırılması həm tərəqqi və in­kişafın təminatı, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Nəzərə alaq ki, rəsmi Pekinlə ikitətərli münasibətlə­ridəki dinamika bəzi Qərb dairələrinin, xüsusən Fransanın ökəmizi qlobal pro­seslərdən təcrid siyasətinə verilən ən layiqli cavabdır.    Beləliklə, tam qətiyyətlə deyə bilərik ki, Pre­zident İlham Əliyevin Si Cinpin ilə görü­şü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qar­şılıqlı təmasları və dialoqu intensivləş­dirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.

İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki