image-qanunla-reklam
image-unnamed-2

Ölkənin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzi Mehriban xanım Əliyeva

image-lady-day-az

Ölkənin Birinci vitse-prezidenti və “yumşaq güc”ün rəmzi Mehriban xanım Əliyeva.

Qadın cəmiyyətə , ölkəyə, tarixə adları qızıl hərflərlə yazılmış dahilər, qəhrəmanlar bəxş etmiş anadır. Qadın həm də dünyanın sülh və əmin-amanlıq carçısıdır. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, “Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz”. Əbədiyaşar liderimiz onu da demişdir ki, “Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus, çox yüksək yer tuturlar. Doğurdan da qadınlar insan ömrünün bəzəyi, yaraşığıdır. Qadın müəllimdir, həkimdir, mühəndisdir, ağbirçək el anasıdır, diplomatdır, deputatdir, yüksek vəzifə sahibidir.

Bu gün Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmişdir. Elm, təhsil, səhiyyə, mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o, öz nüfuzunu ilbəil artırmağa nail olmuşdur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir

Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan qadınına yüksək qiymət verərək deyir: “Tariximizin hər bir dövründə Azərbaycan qadınları zəriflik, ülvilik və gözəllik rəmzi olan qadın- Ana adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdılar. Qadınlarımız öz müdrikliyi, işgüzarlığı, saflığı ilə tarixə parlaq səhifələr yazmışdılar. Milli mənəvi dəyərlərimiz, irsimiz, xalqımızın adət – ənənələri doğma ana dilimiz məhz nənələrin və anaların – qadınların sayəsində bu günədək yaşamaqdadır!”

Qadınlarımızı 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir hər birinə bahar ətirli xoş ovqat, firavanlıq, yeni ruh arzulayıram!

Marusa Qasımova – Zərdab rayonu Xasa kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki