Bakıda ötən gün 1 nəfərin ölümü, 7 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
“Qanunla.az” xəbər verir ki, 2002-ci il təvəllüdlü Yusifli Yusif Əliağa oğlu idarə etdiyi “Lada Granta” markalı avtomobil ilə onunla eyni istiqamətdə hərəkətdə olan 1988-ci il təvəllüdlü Kainbəyov Tağıbəy Məhəmmədbəyoviçin idarə etdiyi “Hyundai Sonata” markalı avtomobil ilə toqquşub.
Daha sonra “Lada Granta” idarəetməni itirib yolayrıcı səddini keçərək əks istiqamətdə hərəkətdə olan 1978-ci il təvəllüdlü Əliyev Mürsəl İsmayıl oğlunun idarə etdiyi “Chevrolet Cruze”, 1956-cı il təvəllüdlü Atakişiyev Nəsib Qurban oğlunun idarə etdiyi “Mercedes” və 2001-ci il təvəllüdlü Quliyev Orxan Etibar oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobillərlə toqquşub.
Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Lada Granta” markalı avtomobilin sürücüsü Yusifli Yusif Əliağa oğlu hadisə yerində ölüb, onun sərnişinləri 2002-ci il təvəllüdlü Əlizadə Nicat Ramiz oğlu, 2002-ci il təvəllüdlü Aslanov Qismət Eyyub oğlu, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Əliyev Mürsəl İsmayıl oğlu və sərnişini 1981-ci il təvəllüdlü Məmmədova Ofelya İsmayıl qızı, “Toyota Prius” markalı avtomobilin sürücüsü Quliyev Orxan Etibar oğlu və sərnişini 1966-cı il təvəllüdlü Məmmədova Yeksarə Kamil qızı, “Mercedes” markalı avtomobilin sürücüsü Atakişiyev Nəsib Qurban oğlu aldıqları xəsarətlər ilə əlaqədar “Sabunçu Tibb Mərkəzi”-nə yerləşdirilib.
Faktla bağlı Nərimanov rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb.