image-970_50
image-telemmglpict000229657293_trans_nvbqzqnjv4bqpvlberwd9egfpztclimqfy2dmclwgbjjulyfpteliba

Oman körfəzində ABŞ və İran dəniz qüvvələri arasında qarşıdurmanın görüntüləri yayılıb – VİDEO

image-suni_mayalanma_qiymeti

İranın dövlət televiziya və radio şirkəti IRIB Oman körfəzində ABŞ Hərbi Dəniz Qüvvələri ilə İran SEPAH qüvvələri arasında baş verən qarşıdurmanın videosunu yayımlayıb.

Bundan əvvəl İranın “Tasnim” agentliyi bildirmişdi ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) dəniz qüvvələri çərşənbə günü tankerlərinin ABŞ tərəfindən ələ keçirilməsinin qarşısını alıb.

Məlumata görə, Amerika gəmiləri İran nefti daşıyan tankeri qaçıraraq, yanacağı başqa gəmiyə ötürüb və naməlum istiqamətə göndərib, bundan sonra iranlı dənizçilər onun qarşısını kəsərək respublikanın ərazi sularına göndəriblər.

IRIB-nin dərc etdiyi kadrlarda İran hərbçilərinin tankerə enməsi, eləcə də hər iki ölkənin gəmilərinin manevrləri əks olunub. Videoda ABŞ Hərbi Dəniz Qüvvələrinin “Arli Berk” sinfinə aid iki esminesi (Arleigh Burke-class destroyer), Amerika və İran helikopterləri, SEPAH-ın döyüş kater və gəmiləri əks olunub.

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki