Leyenə bildirdim ki, Türkiyənin AB-yə tam üzvlük perspektivini gücləndirəcək yeni bir baxışa ehtiyac var.
Qanunla.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenlə görüşü barədə danışarkən deyib.
“Biz regional məsələlərdə də Avropa Birliyi ilə sıx təmasda olacağıq”, – Ərdoğan qeyd edib.