image-970_50
image-ilham-mehriban-esas

Onların medallarını Prezident özü təqdim edəcək

image-728_90

Azərbaycanda 26 iyun Silahlı Qüvvələr Günü təntənəli şəkildə qeyd olunacaq.

Qanunla.Az Hit.az-a istinadən xəbər verir ki, bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin iştirakı ilə təntənəli tədbir keçiriləcək.

Tədbirdə Qarabağ döyüşlərinə qatılmış hərbçilərin iştirakı nəzərdə tutulub. Gülüstan Sarayında baş tutacaq mərasimə yüksək rütbəli zabitlərlə yanaşı, Qarabağın azad olunması əməliyyatlarında iştirak etmiş əsgərlər də qatılacaq.

Məlumatlara görə, ölkə Prezidenti tərəfindən təltif olunmuş hərbçilərin bir hissəsinə orden və medalları şəxsən İlham Əliyev təqdim edəəck.

Qeyd edək ki, Azərbaycan Ordusu 26 iyun 1918-ci ildə yaranıb. 103 il sonra Azərbaycanda Milli Ordu Günü ilk dəfə qələbə ovqatında qeyd olunur.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki