image-qanunla-reklam
image-lukashenko_rekord

Onların Qazaxıstanda niyyəti bu idi – Lukaşenko

image-lady-day-az

Qazaxıstandakı ekstremistlər ölkənin siyasi kursunu dəyişdirmək üçün müharibəyə başlamaq istəyirdilər.

 

Qanunla az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə göndərdiyi başsağlığı məktubunda bildirib.

 

“Quldur birləşmələrinin ölkənizə mütəşəkkil hücumu çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnərək beynəlxalq terrorizmin dünya üçün yaratdığı dəhşətli təhlükəni bir daha bizim hamımıza göstərdi. Ekstremistlərin məqsədi çoxmillətli Qazaxıstanda sabitliyi pozmaq, dağıntılar törətmək və konstitusiya çevrilişi həyata keçirmək və siyasi kursu dəyişmək üçün ölkədə qardaş qırğını törətməkdir”, – Lukaşenko bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki