image-qanunla-reklam
image-245200332_3037564303221173_1970833411214924750_n

Ordu torpaqları, kitab könülləri fəth edər…

image-lady-day-az

Ordu torpaqları, kitab könülləri fəth edər…
(Əbu Turxan)

Qanunla.Az xəbər verir ki, 01-10 oktyabr 2021-ci il tarixdə Bakı İdman Sarayında “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlunun təşəbbüsü ilə keçirilən Milli Kitab Satış Sərgisində 50.000-dən çox kitab sərgiyə çıxarılmış, yazarlarla görüşlər təşkil edilmiş və imza günləri keçirilmişdir.
Oktyabrın 6-dan 10-dək isə Bakı Expo Mərkəzində dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 ilik yubileyinə həsr olunmuş Bakı Beynəlxalq kitab sərgisi yarmarkası keçirilmişdir.
09 oktyabr 2021-ci il tarixdə Bakı Expo Mərkəzindəki Bakı Beynəlxalq kitab sərgisi yarmarkasında, ayın 10-da isə Bakı İdman sarayında keçirilən Milli Kitab Satışı Sərgisində gənc yazar, peşəkar hüquqşünas vəkil Adəm Məmmədovun “Qətlin sonu” adlı dedektiv-triller romanın təqdimatı və imza günü keçirilmişdir. Hər iki görüş çox məhsuldar və məzmunlu olmuşdur. Belə ki, yazar, vəkil Adəm Məmmədov oxucularla sıx ünsiyyətdə olmuş, onların bütün suallarını cavablandırmışdır.
Tədbirin sonunda Adəm Məmmədov tədbir iştirakçılarına, o cümlədən, tələbə, qazi və şəhid ailələrinə öz imzası ilə “Qətlin sonu” adlı dedektiv-triller romanını hədiyyə etmişdir.

image-245305259_4477869068928757_2924795223278563194_nimage-245249228_270390374830522_7592867976403023794_nimage-245162664_576844173565594_6253563728986773733_nimage-245320161_2999061073665298_6823861969213227708_nimage-245100108_4300993696652616_3208991157136159191_nimage-245200332_3037564303221173_1970833411214924750_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki