image-qanunla-reklam
image-ordumuz-yeni

Ordumuz əməliyyat anonsu verdi: İstiqaməti və 3 səbəbi

image-lady-day-az

Müdafiə Nazirliyinin bəyanatından Azərbaycanın yeni addımlara hazırlaşdığı nəticəsi çıxır.

Birincisi, Azərbaycan ilk dəfə 10 noyabr razılaşmasının 4-cü bəndinin icra edilmədiyini – erməni qoşunların Qarabağdan çıxarılmadığını açıq şəkildə dilə gətirdi: istisna deyil ki, Lavrovun Bakıya zəngində bu məsələ müzakirə edilib və Moskvanın mövqeyi razılaşmalara uyğun olmayıb; Bakı razılaşmanın 4-cü bəndinin icrasını tələb edir;

İkincisi, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində missiyasına adekvat fəaliyyət göstərmədiyi açıq şəkildə bəyan edilir;

Üçüncüsü, bu bəyanat yeni antiterror əməliyyatının anonsu hesab oluna bilər və əməliyyatın mümkün istiqamətləri də açıq şəkildə göstərilir: Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni qurulan erməni postları.

Bəyanatda diqqətçəkən əsas məqamlardan biri Muxtarkənd, Şuşakənd məntəqələri, Kəlbəcər və Laçın rayonlarının şərq istiqamətində yeni erməni postlarının qurulmasına qarşı Azərbaycan Ordusunun adekvat tədbirlər gördüyü ilə bağlı qeyddir: erməni mənbələr dünən Muxtarkənd, Şuşakənd məntəqələri istiqamətində atəş səslərinin eşidildiyini iddia edirdi, istisna deyil ki, bu istiqamətdə separatçılara qarşı cavab tədbirləri görülüb; hərçənd, proses davam edəcək.

KTMT baş katibinin İrəvan səfəri, Lavrovun zəngi və baş verən son hadisələr sərhəddə və Qarabağda Bakının müəyyənləşdirdiyi gündəmdən kənar proseslərin getdiyini göstərir. Və bu antiterror əməliyyatının aktuallaşdırır: Bakı Rusiyaya cavab tədbirlərinə əl atacağına dair xəbərdarlıq edir: bu, masada erməni qoşunların çıxarılması tələbini gücləndirməyə hesablanıb; masada nail olunmasa, məcburetmə əməliyyatı mümkündür.

Kiçikçaplı əməliyyat niyə aktualdır?

1. Ermənistanda Qarabağdakı əsgərlərin geri çağırılması tələbini gücləndirmək:

– ötən ilin noyabr-dekabr ayında keçirilən antiterror əməliyyatında zamanı erməni terrorçular ələ keçiriləndən sonra Ermənistanda ailələr övladlarının Qarabağa göndərilməməsini, o cümlədən, Qarabağda qalan hərbçi yaxınlarının geri çağırılmasını tələb etdilər; nəticədə, Ermənistan Qarabağa çağırışçı göndərməyi dayandırdı;

– indi erməni əsgərlər müxtəlif yollarla yenidən Qarabağa göndərilir və mümkün əməliyyatla terrorçuların saxlanılması Ermənistanda etirazlara səbəb olacaq: həm valideynlər övladlarının göndərilməsinə qarşı çıxacaq, həm də Qarabağdakı əsgərlərin yaxınları onların geri çağırılmasını tələb edəcək;

2. 4-cü bəndin icrası:

– Rusiyaya 4-cü bəndin icra edilməyəcəyi təqdirdə, Azərbaycanın mövqeyini əyani şəkildə göstərmək;

– Qarabağda rus sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərin Azərbaycana məxsus olduğunu qəbul etdirmək;

3. Tərəflərə imkan yaratmaq:

– Erməni qoşunların çıxarılması Ermənistanda Paşinyan əleyhinə narazılığı, bununla yanaşı, Rusiyanın erməniləri müdafiə etmədiyi rəyini gücləndirəcək: Bakı əməliyyatla hər iki tərəfə mövqelərini əsaslandırmaq imkanı verir;

Bu açıqlama Bakının son xəbərdarlığı kimi görünür: tələblərə əməl edilməyəcəyi təqdirdə, heç bir addım atmamaq, rusların da, separatçıların da əlini gücləndirə bilər.

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki