image-qanunla-reklam
image-img_20211102_121427

Orduya dəstək adıyla pul yığan şəxslər saxlanıldı

image-lady-day-az

Özlərini qeyri-hökumət təşkilatının (QHT) rəhbərləri kimi təqdim edərək, Zəfər günündə orduya dəstək adıyla şirkətlərdən pul tələb edən şəxslər DİN əməkdaşları tərəfindən müəyyən olunaraq polis idarəsinə gətiriliblər.

Qanunla.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda araşdırmalar gedir. Əlavə məlumat veriləcəkdir.

Qeyd edək ki, ötən gün sözügedən şəxslər barədə sosial şəbəkələrdə məlumat yayılmışdı. Özünü QHT rəhbəri adlandıran bir şəxs yanına iki nəfər də qazi salıb, nömrəsiz maşınla şirkətlərə gedir və şirkətlərdən pul toplayırdı. Vəsaitin isə guya orduya dəstək üçün toplandığını bildirirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki