Özbəkistan Vladimir Putinin təklif etdiyi “qaz ittifaqı”na qoşulmaqdan imtina edib.
“Qanunla.az” “Caliber”ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müavini və energetika naziri Jorabek Mirzamaxmudov məlumat yayıb.
O, qeyd edib ki, Moskva və Daşkənd Rusiya qazının qonşu Qazaxıstan vasitəsilə tədarükü ilə bağlı danışıqlar aparır, lakin “bu, texniki müqavilə olacaq”:
“Başqa ölkələrdən qaz idxal edərkən biz onlarla yalnız kommersiya müqavilələri əsasında əməkdaşlıq edirik. Biz heç vaxt qaz müqabilində siyasi şərtlərlə razılaşmayacağıq”.