image-qanunla-reklam
image-1592373481-1565545563-modern-az_bicaqla_qa_ba_565

Özbəkistan vətəndaşı Bakıda arvadını QƏTLƏ YETİRDİ

image-lady-day-az

İyulun 30-u saat 19 radələrində Binəqədi rayon sakini 1975-ci il təvəllüdlü Nailə Əliyevanın öldürülməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qanunla.Az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, Özbəkistan Reüspublikası vətəndaşı 1980-ci il təvəllüdlü Elçin Ələkbərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Nailə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elçin Ələkbərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki