image-qanunla-reklam
image-1613162367-earthquake_001_080720

Özbəkistanda zəlzələ oldu

image-lady-day-az

Özbəkistanın paytaxtı Daşkənddə və bu ölkənin bir sıra digər regionlarında zəlzələ baş verib.

Qanunla.Az xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Respublika Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 5,4 maqnitudada zəlzələnin episentri Tacikistanda olub: “Zəlzələnin ocağı Daşkənddən 313 km cənub-şərqdə hiss olunub”.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar Daşkənd və Sırdərya vilayətində 2 bal, Əndican və Namanqan vilayətlərində 2-3 bal, Fərqanə vilayətində 3 bal gücündə hiss olunub.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki