image-qanunla-reklam
image-img-20241107-wa0055

Özəlləşdirmə çek sahibləri: “İnanırıq ki, ölkə başçısı problemin həlli ilə bağlı göstəriş verəcək” – FOTOLAR

image-lady-day-az

Noyabrın 6-da Dövlət Özəlləşdirmə Çeklərinə (DÖÇ) 40 000 manat ekvalentində özəlləşdirmə əmlak payı verilməsi barədə Bakı İnzibati Məhkəməsində 686 vətəndaşın iddia ərizəsinə baxılıb. Məhkəmə binasına toplaşan çek sahiblərinin sözlərinə görə, növbəti məhkəmə dekabrın 5-nə təyin olunub. Xüsusən yaşlı, müharibə veteranı, qazi olan çek sahibləri yeganə məqsədlərinin haqqlarının bərpa olunmasından ibarət olduğunu bildiriblər.

Qeyd edək ki, özəlləşdirmə çeklərinin həm HÜQUQ, həm də MƏNƏVİYYAT məsələsi olması barədə saysız-hesabsız məqalələr yazılıb, mövqelər sərgilənib, fakt-sübutlar ortaya qoyulub. İsbat edilib ki, özəlləşdirmə çekləri MÜLKİYYƏTDİR, mülkiyyət haqqı onun sahibinə məxsusdur, onun sahibi olan vətəndaşın haqqını Konstitusiya və qanunlar qoruyur – nəticədə bu HAQQ alına, tapdana, pozula bilməz.

Məhkəməyə iddia ərizə yazanlardan Vasif Əsədov adlı vətəndaş Qanunla.Az-a açıqlamasında bildirib ki, ilk dəfədir əlində qalan çeklər üçün müraciət edib:

“O vaxtı əlimizdə olan özəlləşdirmə çeklərinin çoxunu dəyər-dəyməzinə satdıq. Özəlləşdirmə çekləri tədavülə buraxılmasa da, ən azından kompensasiya ödənilməsini istəyirik. Çünki bu çeklər vətəndaşlara qanunla verilib. Kompensasiya ödəmədən özəlləşdirmə çeklərini dövriyyədən çıxarmaq qanunsuzluqdur”.

Şəfəq Süleymanova açıqlamasında “Səhhətimdə problem olmasına baxmayaraq, bu gün məhkəməyə gəldim və adımı yazdırdım. Ümid edirəm ki, özəlləşdirmə çek sahiblərinin hüquqları ən qısa zamanda bərpa olunacaq” sözlərini qeyd edib.

İsa Qəribov adlı vətəndaş isə növbəti məhkəmənin 5 dekabr tarixində olacağını bildirib:

“İki dənə özəlləşdirmə çekimiz var. Biri mənə, digəri oğluma məxsusdur. Çeklərlə bağlı problemin ədalətli həll olunacağını gözləyirik. İnanırıq ki, ölkə başçısı torpaqlarımızı azad etdiyi kimi, bizim problemimizin də həlli ilə bağlı göstəriş verəcək”.

Şəhla İmanova da öz növbəsində sözügedən çek probleminə görə gəldiyini vurğulayıb:

“Evdə 4 özəlləşdirmə çekimiz var. Hər şey məhkəmənin qərarından asılı olacaq. Allaha təvəkkül, xoş xəbər gözləyirik. İnanıram ki, müstəqil dövlətimizin qanunları vətəndaşların gözləntilərini doğruldan qərar çıxaracaq”.

Xatırladaq ki, aşağıdakı videolarda hüquqşünas alimlərin araşdırmaları və xalqa müraciətləri ilə tanış ola bilərsiniz:

image-img-20241107-wa0054 image-img-20241107-wa0053 image-img-20241107-wa0052


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki