image-qanunla-reklam
image-cek-768x403-1

Özəlləşdirmə çeki PROBLEMİ: “Vətəndaş qanuni payından məhrum edilə bilməz”

image-lady-day-az

“İstifadə olunmayan çekləri ilkin nominal dəyərində bərpa etmək məqsədəuyğundur. Burada baş verən inflyasiyanın həcmi də qiymətləndirilib nominal dəyərin üstünə əlavə edilə bilər”.

Bu sözləri özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması ilə bağlı cəmiyyətdə irəli sürülən çağırışları dəyərləndirən ”Status” sosial araşdırmalar mərkəzinin rəhbəri, sosioloq Nail Cəlil Busaat.az-a açıqlamasında deyib.

O, bildirib ki, 2010-cu ildə istifadə olunmayan özəlləşdirmə payının birtərəfli qaydada dövriyyədən çıxarılması ilə bağlı verilən qərar doğru deyil:image-18ed38de-9c3c-4044-86e9-234ed05f8f1e

“Özəlləşdirmə çekləri əhaliyə 1997-ci ildə paylanılıb və o dövrdə hər bir vətəndaşın inflyasiyadan kənarda qalan dövlət mülkiyyətində xüsusi payını ifadə edir. O dövr üçün bu rəqəm birin otuz iki milyona nisbətində (1/32 000 000) qiymətləndirilirdi. Azərbaycan əhalisinin 1997-ci ildə sayını nəzərə aldıqda özəlləşdirmə paylarının ümumi həcmi 7,8 milyon ədəddən çox deyil. Yəni, həmin vaxt Azərbaycan vətəndaşı olan, mülkiyyət haqqına sahib şəxslərin sayına bərabərdir. Çeklərin böyük hissəsindən bir sıra müəssisələrin, mühüm iqtisadi obyektlərin özəlləşdirilməsində istifadə olunsa da, reallaşdırılmayan və ya əllərdə qalan çeklərin həcmi 1,6 milyon ədəddən artıqdır.

İlkin nominal dəyəri 2 000 dollar həcmində qiymətləndirilən çeklər o zaman vətəndaşlar tərəfindən müəyyən işbazlara, manipulyatorlara dəyər-dəyməzinə satılıb və qara bazarda bu çeklərin alış qiyməti heç vaxt 150 dolları ötməyib. Bu, o deməkdir ki, reallıqda sıravi vətəndaş ehtiyac müqabilində həmin çekləri dəyərindən azı13-14 dəfə ucuz satıblar. Beləliklə, burada qazanan, mülkiyyət payını iqtisadi fəaliyyətdə reallaşdırıb geniş həcmdə gəlir əldə edən vətəndaşların sayı çox az olub. Ən mübahisəli və mülkiyyət hüquqlarına zidd qərar 2010-cu ildə istifadə olunmayan, vətəndaşlarda qalmış 1,6 milyon özəlləşdirmə payının birtərəfli qaydada dövriyyədən çıxarılmasıdır. Halbuki, həmin çeklər vətəndaşların müvafiq dövlət əmlakında xüsusi payını ifadə edir və heç bir halda (ağır cinayətlər istisna olunmaqla) vətəndaş bu qanuni payından məhrum edilə bilməz. Bu mənada müvafiq məsələləri gündəmə gətirən ictimai fəallar və deputatlar tam haqlıdırlar. Çünki 7,8 milyon çekdən ən yaxşı halda 6,2 milyonu istifadə olunub, 1,6 milyonu isə istifadəsiz qalır”.

Nail Cəlil hesab edir ki, istifadə olunmayan çekləri ilkin nominal dəyərində bərpa etmək məqsədəuyğundur:

“Burada baş verən inflyasiyanın həcmi də qiymətləndirilib nominal dəyərin üstünə əlavə edilə bilər. Çünki çeklərlə müəyyənləşdirilən özəl mülkiyyət payı birbaşa inflyasiyadan kənarda qalan dövlət əmlakına şamil edilir. İstənilən halda bu çeklərin bərpası və baş verən inflyasiya nəzərə alınmaqla, yenidən indeksləşmənin aparılması vətəndaşların mühüm qisminin sosial-iqtisadi vəziyyətinə yetərincə müsbət təsir göstərə bilər. Yenidən qiymətləndirmə və indeksləşdirmə düzgün aparılarsa, bu, həm özəlləşdirmə bazarını canlandıracaq, həm də itirilmiş əmlak hüquqları bərpa olunacaq, birbaşa kompensasiya ediləcək. Bunun adekvat şəkildə gerçəkləşdiriləcəyi təqdirdə əlavə kompensasiyaya ehtiyac qalmır.

Digər tərəfdən, əhalinin sosial-iqtisadi fəallığını artırmaq, sahibkarlığı stimullaşdırmaq baxımından, indiki vəziyyətdə belə bir addımın atılması gözlənilən və məqsədəuyğundur. Əgər belə bir proqram gerçəkdən hazırlanırsa, onu yetərincə müsbət təşəbbüs kimi dəyərləndirmək olar. Ona görə çeklərin bir hissəsinin dövriyyəsinin məhdudlaşdırılması, bir qərarla adi kağız parçasına çevrilməsi kökündən yanlış idi. İnsanların bununla bağlı haqlı etirazları, dövlət başçısına, müvafiq strukturlara çoxsaylı müraciətləri var. Düşünürəm ki, bu istiqamətdə qanunun, ədalətin, vətəndaşların hüquqlarının bərpası üçün gərəkli addımlar atılacaq”.

Qeyd edək ki, əlində özəlləşdirmə çekləri qalan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Nazirlər Kabineti və Prezident Aparatına ünvanladığı AÇIQ MƏKTUBla aşağıdakı linkdən tanış ola bilərsiniz:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki