image-qanunla-reklam
image-a8c13116c998c28189e971df41a30bf4

Özəlləşdirmə çekləri ilə bağlı qanunsuzluğun NƏTİCƏSİ: “İctimai narazılıq hakimiyyətə yönəlib”

image-lady-day-az

Özəlləşdirmə çekləri ilə bağlı qanunsuzluğun NƏTİCƏSİ: “İctimai narazılıq hakimiyyətə yönəlib”

Özəlləşdirmə çekləri 1996-cı ildə  tarixi sosial ədaləti təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Özəlləşdirmə çeklərinin hər birinin dəyəri eynidir və özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Son günlər özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması fonunda əksər deputatlar və ictimai nüfuzlu şəxslər hesab edirlər ki, özəlləşdirmə çeklərinin yenidən bərpası insanların hüquqlarını bərpa edəcək.

Mövzu ilə bağlı Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Əməkdar jurnalist Azər Həsrət  Saat24.az saytına açıqlama verib.

image-azer-hesret

O, vurğulayıb ki, əlində çekləri qalmış vətəndaşlara dövlət dəstəyinin göstərilməsi məqsədəuyğundur:

“Bu məsələylə bağlı mənə də müraciət edən şəxslər olub. Xüsusən də özəlləşdirmə çekləri əlində qalan vətəndaşlar problemin həllinə çalışırlar. Hesab edirəm ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması və ya çıxılmaz vəziyyətdə qalan insanlara kompensasiya ödənməsi qanunla tənzimlənməlidir. Çünki istənilən halda vətəndaşa maddi zərər dəyib və bu vəziyyətin qarşısı alınmalıdır. Elə etmək lazımdır ki, vətəndaşların pozulan hüququ bərpa olunsun və ziyan görməsinlər. Ona görə də hər hansısa formada tənzimləmə mexanizmi tətbiq olunmalıdır.

Unutmayaq ki, əlində qalan özəlləşdirmə çekindən istifadə etməmiş kifayət qədər insanlar var. Həmin insanların ümumi ictimai narazılığı əsasən hakimiyyətə qarşı yönəlib. Əgər problem həllini taparsa, həmin vətəndaşların dövlətə qarşı aqressiyası və narazılığı da aradan qalxacaq. Eyni zamanda cəmiyyətdəki ictimai narazılıq da yoxa çıxacaq. Özəlləşdirmə çeklərinin yenidən tədavülü və ya kompensasiyası fonunda hüquqları pozulan vətəndaşların sosial-iqtisadi vəziyyətində də yaxşılaşma gözlənilir”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki