image-970_50
image-16246970552_11624696452

Özəlləşdirmə çekləri yenidən dövriyyə buraxılacaq? – AÇIQLAMA

image-728_90

“Özəlləşdirmə çeklərinin yenidən istifadəyə verilməsi sosial rifaha müsbət təsir edəcək”.

Bu sözləri özəlləşdirmə çeklərinin yenidən tədavülünün zəruri olduğunu qeyd edən millət vəkili Azər Badamov Sonxeber.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, özəlləşdirmə çeklərinin dövriyyəsi çekləri əlində qalan insanlar üçün yaxşı olar:

“Özəlləşdirmə çekləri bütün vətəndaşlara pay şəklində verilib və istifadə müddəti bitdikdən sonra özəlləşdirmə məsələləri dayandırılıb. Düşünürəm ki, əlində çekləri qalan insanlar üçün özəlləşdirmə çeklərinin dövriyyəsi yaxşı olardı. Bu halda insanlar əllərindəki özəlləşdirmə çeklərini əmlak özəlləşdirilməsində istifadə edə bilərlər. Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması insanların sosial rifahına müsbət təsir göstərəcək. Bu, həm də insanların aldıqları pay idi və istifadəsiz qalıb. Ona görə də bu barədə düşünmək lazımdır. Təbii ki, bununla bağlı hökumətin qərarı olmalıdır”.

Qeyd edək ki, 1996-cı il yanvarın 1-dən ulu öndər Heydər Əliyevin fərmanına əsasən, Azərbaycanda özəlləşdirmə çekləri dövriyyəyə buraxılıb və daha sonra tədavül müddəti bir neçə dəfə rəsmi şəkildə uzadılıb. Sonuncu dəfə isə 2009-cu il tarixində tədavül müddəti artırılaraq 2011-ci il yanvar ayının 1-də başa çatıb. Hazırda özəlləşdirmə çekləri dövriyyədə olmasa da, dövriyyəyə buraxılmış çeklərin 20 faizi hələ də əllərdədir.

 

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki