image-qanunla-reklam
image-1625646533_213377127_1562790530729732_4187544903042177473_n

Özəlləşdirmə çekləri yenidən gündəmdə: Komissiya yaradıla bilər

image-lady-day-az

“Özəlləşdirmə çeki olan şəxslərə dəyən zərərin ödənməsi üçün dövlət tərəfindən komissiya yaradıla bilər”. Son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu fonda 1996-cı ildə dövriyyəyə buraxılan özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılmasının tərəfdarı olan şəxslərin də sayı artıb. Tədavül müddəti bir neçə dəfə artırılan özəlləşdirmə çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatsa da, hələ də bu çekləri özündə saxlayan insanlar az deyil. Maraqlıdır ki, əlində çekləri qalan şəxslərə dəyən zərəri ödəmək üçün hansı addımlar atılmalıdır? Mövzu ilə bağlı AĞ Partiyanın sədri Tural Abbaslı İslahat.az-a açıqlamasında bildirib ki, dövlət özəlləşdirmə payları (çekləri) qiymətli kağız olduğuna görə dövlət tərəfindən hansısa formada həmin şəxslərə dəyən zərərin ödənməsi üçün mexanizmin yaradılmasına ehtiyac var: “Bir qrup şəxslərin əlində hələ də özəlləşdirmə çekləri qalmaqdadır. Müəyyən müddətdir ki, əlində çekləri qalan şəxslərin tədavülün yenidən bərpa olunması ilə bağlı müvafiq qurumlara müraciəti müşahidə olunur. Hesab edirəm ki, hökumət nümayəndələri bu şəxsləri qəbul etməli, təkliflərini dinləməli və hazırkı iqtisadi duruma uyğun müvafiq addımlar atmalıdır. Heç bir vətəndaş dövlətin çap etdiyi çeklərdən aldığına görə ziyana düşməməlidir. Bununla yanaşı, vətəndaşın dövlətə olan inamı yerə vurulmamalıdır. Çeklərin yenidən dövriyyəsi ilə bağlı tətbiq olunacaq mexanizmə görə bir komissiya yaradıla bilər. Hər halda mövcud problemi görməzdən gəlmək olmaz. Ona görə də aidiyyatı qurumların iştirakı ilə dəyirmi masaların keçirilməsi və müzakirələr aparılması problemin həllinə müsbət təsir edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki