image-qanunla-reklam
image-242335009_1309189146149886_6326484452789933147_n

Özəlləşdirmə çekləri yenidən GÜNDƏMDƏ: “Vətəndaşlara kompensasiya ödənməlidir”

image-lady-day-az

Özəlləşdirmə çekləri yenidən GÜNDƏMDƏ: “Vətəndaşlara kompensasiya ödənməlidir”

“Özəlləşdirmə çekləri qalan vətəndaşlara ödənəcək kompensasiyanın mexanizmi müəyyənləşməlidir”. Bu sözləri qeyri-qanuni şəkildə istifadəsi dayandırılan özəlləşdirmə çeklərinin yenidən tədavülü fonunda əlində çeki qalan şəxslərə kompensasiya ödənməsi məsələsinə toxunan beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, “Bureau De Qualit” şirkətinin rəhbəri Asif İbrahimov Qanunla.Az-a açıqlamasında deyib. Onun sözlərinə görə, çeklərin yenidən tədavülə buraxılması üçün dövlət proqramının hazırlanması zəruridir: “O vaxtı özəlləşdirmə çeklərindən istifadə olunması ilə bağlı köhnə Sovet ölkələri, xüsusən də Rusiya və Azərbaycanda qanun qəbul olundu. Nəticədə Sovet dövründə çalışmış hər bir ailənin üzvünə özəlləşdirmə çekləri paylandı. Təəssüf ki, proses düzgün şəkildə aparılmadı və əksər insanlar bu çeklərin mahiyyətini anlaya bilmədi. Vətəndaşların hüququnu bərpa etmək üçün özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması ilə bağlı yeni qaydalar tətbiq olunmalı və vətəndaşlara ödənəcək kompensasiyanın mexanizmi müəyyənləşməlidir. Mövcud şəraitdə prosesi yenidən başlatmaq lazımdır ki, vətəndaşlar hansı bölgələrdə müəssisələrin özəlləşdirməyə açıq olduğunu bilsinlər və daha sonra insanlar pay sahibi olmalıdır. Nəzərə alaq ki, özəlləşdirmə çekləri ilə bağlı məsələ tez-tez gündəmə gətirilir. Çünki proses tamamlanmayıb. Çeklərin yenidən tədavülə buraxılması üçün dövlət proqramının hazırlanması zəruridir. Eyni zamanda çekləri əlində qalan şəxslərin siyahısı tərtib olunmalıdır. İqtisadi nöqteyi-nəzərdən özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması yerli və xarici investorların cəlb edilməsinə stimul verə bilər. Eyni zamanda əhalinin sosial rifahının yüksəldilməsi də müşahidə olunacaq”. Qeyd edək ki, əlində özəlləşdirmə çekləri qalan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Nazirlər Kabineti və Prezident Aparatına AÇIQ MƏKTUB ünvanlayıb. Müraciətlə aşağıdakı linkdən tanış ola bilərsiniz. https://www.facebook.com/groups/668471343515846/permalink/1495607760802196/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki