image-qanunla-reklam
image-received_252886676637766

“Özəlləşdirmə çeklərinin özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər” – Ekspert”

image-lady-day-az

“Özəlləşdirmə çeklərinin özəlləşdirmədə istifadə imkanlarına baxıla bilər” – Ekspert”

Özəlləşdirmə çeklərindən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var”.

Bunu Qanunla.Az-a açıqlamasında özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması ehtimalını dəyərləndirən əmlak məsələləri üzrə ekspert Mirdaməd Əzizov deyib. Ekspertə görə, çeklərin istifadə müddəti başa çatandan sonra da onların “qara bazar”da qeyri-leqal alış-satışı həyata keçirilir: “Çeklərin dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanılıb. Vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. 1997-ci il yanvarın 1-dək anadan olmuş hər bir vətəndaşa 4 çekdən ibarət özəlləşdirmə payı verilib. Çeklərin tədavül müddəti bir neçə dəfə uzadılıb. Sonuncu dəfə 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla çeklərin tədavül müddəti artırılıb və çeklərin istifadə müddəti 2011-ci il yanvar ayının 1-də başa çatıb. Dövriyyəyə buraxılmış çeklərin 20 faizi isə hələ də əllərdədir. Yəni, 6,38 milyon özəlləşdirmə çeki istifadə olunmayıb. Bunların əhəmiyyətli hissəsi şirkətlərdə, xüsusən də az saylı firmalarda olsa da, əhalinin də sərəncamında müəyyən sayda çeklər qalır”. Mirdaməd Əzizov qeyd edib ki, özəlləşdirmə çeklərinin yenidən istifadəsinin mümkünlüyü ilə bağlı qanunverici bazaya baxılması mümkündür: “Ümumiyyətlə, özəlləşdirmə haqqında Əmlak Xidmətinin nəşr etdiyi qəzetdə özəlləşdirilməyə çıxarılan müəssisələrin siyahısı və keçirilmə vaxtı göstərilir. Həmin çeklər özəlləşdirmədə istifadə olunur. Qanunvericiliyə əsasən, çeklərdən istifadə müddətinin artırılması üçün ayrıca fərmana ehtiyac var. Doğrudur, son dövrlər kiçik və orta özəlləşdirmənin yenidən sürətlənməsi müşahidə olunur. Bu isə istifadə olunacağı halda çeklərə dolayı tələb yarada bilər”.

image-received_920311851901111


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki