image-qanunla-reklam
image-ilham-herbi-esas

Özünə kişi deyən adam bu qədər özünü alçaldar?! – Prezident

image-lady-day-az

Demişəm bir dəfə, hələ sinəsində gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə atsın. Onların heç bir qəpik də qiyməti yoxdur. Ona ən yaxşı cəzanı da erməni xalqı verib, 2018-ci ildə bir təpiklə onu vəzifədən qovub. 2018-ci ildə seçkilərdə növbəti saxtakarlıq törədərək özünə 50 faizdən çox səs yazdırıb.

Qanunla.Az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldan zaman deyib.

“Bu cinayətin şəriki ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosudur. Çünki onlar Serjiklə əlbir olaraq, – bilmirəm, sövdələşmə nəyin əsasında olub, amma təxmin edə bilərəm, – onun qələbəsini tanıyıblar. Bu adamı Ermənistanda kütləvi surətdə lağa qoyurlar, ələ salırlar, ona nifrət edirlər. O, seçkilərdə özünə 50 faizdən çox səs yazdırır, özünü baş nazir təyin etdirir və ATƏT də buna göz yumur, buna razılıq verir. Bax, iki saxtakar – biri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, hansı ki, Azərbaycana hər zaman xor baxır, biri də Serjik. Nə oldu, sonra erməni xalqı qalxdı. Erməni xalqı qalxıb bir təpiklə onu vurub atdı çölə. Ondan sonra nə etdi? Ondan sonra məzlumcasına gəlib dedi ki, mən haqlı deyildim, Nikol haqlı idi. Özünə kişi deyən adam belə söz deyər?! Özünə kişi deyən adam bu qədər özünü alçaldar?! Bax, bunu belə heç ediblər. Ondan sonra iki il ərzində ağzına su alıb susmuşdu. Nə qədər onu təhqir etdilər. Nə qədər onun cinayətkar qohumlarını həbs etdilər. Xaricdə gizlənmiş və Kolumbiyanın, ya da Qvatemalanın pasportunu almış bir yaxın qohumu var, adını da dəyişdirmişdi. Necə ki, vaxtilə Serjik özünü “Serj” edib. Qohumu da özünə bir ad verib – “Qonzales”. Qulağından tutub gətiriblər və həbs ediblər. Qorxusundan susub, nə desin? Müharibədən sonra yenə baş qaldırır. Müharibə olmasaydı, bu acı məğlubiyyət olmasaydı, Serjik də indi həbsxanada idi. Onun kimi oğru bizim bölgədə bəlkə də hələ doğulmayıb”, -Prezident bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki