image-qanunla-reklam
image-guyapolisdi

Özünü polis kimi təqdim edib pul tələb etdi

image-lady-day-az

Masallı rayon sakini olan bir nəfər şəxs Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edərək aldadıldığını bildirib.

DİN Mətbuat xidmətindən Qanunla.Az-a verilən məlumata görə, Lənkəran şəhəri ərazisində olarkən ona yaxınlaşan bir şəxsin özünü polis əməkdaşı kimi təqdim edərək pul tələb etdiyini, əks halda karantin rejim qaydalarını pozduğuna görə ona cərimə yazacağını bildirib.

Özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşdan pul tələb edən həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Əlizadə olduğu müəyyən edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki