Pakistan hökuməti respublikada qeyri-qanuni yaşayan 1,1 milyona yaxın Əfqanıstan vətəndaşını deportasiya etmək barədə qərar qəbul edib.
“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir ki, vizası olmayan əfqanlar, o cümlədən müvafiq sənədin müddətinin uzadılmasından imtina edilən şəxslər deportasiya ediləcək.
Məlumata görə, artıq İslam Respublikası ərazisində qeyri-qanuni yaşayan miqrantların “qovulması” planı artıq təsdiqlənib və “bütün maraqlı tərəflər və Əfqanıstan hökuməti ilə” razılaşdırılır.