Pakistanda baş verən etirazlarda 298 nəfər saxlanılıb.
“Qanunla.az” xəbər verir ki, bu barədə İslamabad polisi məlumat yayıb.
Onlar şəxsi və ictimai əmlaka ziyan vurmaq ittihamı ilə saxlanılıb.
“İslamabad polisi bu günə qədər yanğın törətməkdə və zərərli əməllərdə təqsirli bilinən 298 nəfəri saxlayıb. 16 yanğın və şəxsi və ictimai əmlaka ziyanvurma faktı qeydə alınıb”, – deyə polisin “Twitter” səhifəsində bildirilib.
Pakistanın keçmiş baş naziri, müxalifətdəki Ədalət Uğrunda Hərəkat Partiyasının (JZM) sədri İmran Xanın saxlanılması paytaxt da daxil olmaqla, ölkənin iri şəhərlərində kütləvi etirazlara səbəb olub. Artıq etirazlar üçüncü gündür ki, davam edir.